Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar Ukraynaya onlarla raket və hava zərbəsi endiriblər - Baş Qərargah
Ruslar Ukraynaya onlarla raket və hava zərbəsi endiriblər - Baş Qərargah

“Son 24 saat ərzində düşmən tərəfi qoşunlarımızın mövqelərinə və təmas xətti boyunca yaşayış məntəqələrinə 7 raket və 32 hava zərbəsi endirib, həmçinin çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən Ukraynanın yaşayış məntəqələrinə 50-dən çox atəş açılıb”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin dekabrın 5-də səhər saatlarına olan bəyanatında deyilir.

Bu arada Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Plosçanka, Beloqorivka yaşayış məntəqələri, eləcə də Berestovo, Beloqorivka, Yakovlevka, Soledar, Baxmutskoe, Baxmut, Opıtnoe, Klesçievka, Andreevka, Novomika və Maryinov qəsəbələrində rus işğalçılarının hücumlarını dəf edib.

Baş Qərargah həmçinin qeyd edir ki, bütün Ukrayna ərazisində enerji sistemi obyektlərinə və kritik infrastruktura raket zərbələri endirmək təhlükəsi qalmaqdadır. Bu arada, Volın və Polesye istiqamətlərində vəziyyət ciddi dəyişməzdir, düşmənin hücum qruplarının formalaşması əlamətləri aşkarlanmayıb.

“Belarus Respublikası Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir, düşməni raket, hava zərbələri üçün ərazi və hava məkanı ilə təmin edir. Müəyyən edilib ki, Belarus Respublikası silahlı qüvvələrinin bölmələri Ukrayna ilə həmsərhəd ərazilərdə Rusiyanın tapşırıqlarını yerinə yetirməkdə davam edir”, - Baş Qərargah vurğulayıb.

Bu arada Seversk istiqamətində düşmən Sumı rayonunun 3 yaşayış məntəqəsinə minaatanlardan zərbələr endirib. Xarkov vilayətinin Slobojanski istiqamətində 11 yaşayış məntəqəsi düşmən tərəfindən müxtəlif çaplı artilleriyadan atəşə tutulub.

Düşmən Kupyansk və Limansk istiqamətində müdafiəni gücləndirir. O, Xarkov vilayətinin 6 yaşayış məntəqəsini, eləcə də Donbassda 6 yaşayış məntəqəsinə tank və artilleriyadan atəş açıb.

Baxmut və Avdeyevski istiqamətlərində işğalçılar əsas səylərini hücum əməliyyatları keçirməyə cəmləşdirir və taktiki vəziyyəti yaxşılaşdırmağa çalışırlar. Donetsk vilayətinin 16 yaşayış məntəqəsinin əraziləri tanklardan, minaatanlardan, toplardan və raket artilleriyasından atəşə tutulub.

Novopavlovsk və Zaporojye istiqamətlərində də düşmən müdafiəni gücləndirir. Donetskdə 4, Zaporojye vilayətində isə 6 yaşayış məntəqəsi düşmənin raket zərbələrindən sonra yanğına məruz qalıb. Xerson istiqamətində ruslar Dnepr çayının sağ sahili boyu iyirmi yaşayış məntəqəsini artilleriya atəşinə tutub.

Dekabrın 5-nə keçən gecə rus işğalçıları Zaporojye və Krivoy Roqa hücum etdilər. İşğalçılar Krivoy Roq istiqamətinə üç raket atıblar, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb. Zaporojyedə işğalçılar şəhərin sənaye və enerji infrastrukturuna raket zərbələri endiriblər. Məlum olub ki, özəl müəssisələrdən birinə ziyan dəyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »