Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyə qaz habı yaratmaq üçün hazırlıq işləri aparır"
Ərdoğan: "Türkiyə qaz habı yaratmaq üçün hazırlıq işləri aparır"

"Türkiyə yanacağın Avropaya tədarük ediləcəyi qaz qovşağı yaratmağa hazırlaşır".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezindeti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa şəhərində gənclərlə görüşündə deyib.

"Rusiya Prezidenti Vladimir Putin, bildiyiniz kimi, təbii qazın Türkiyə vasitəsilə Avropaya paylanmasını təklif edib. Biz bu istiqamətdə hazırlıq işləri görürük", - Ərdoğan bildirib.

Qeyd edək ki, Vladimir Putin “Şimal axını” ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyası ilə Rusiya Enerji Həftəsi forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir boru kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir ki, buradan üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə qaz nəql olunacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »