Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Malayziya Təhsil Sərgisi keçirilib
Bakıda Malayziya Təhsil Sərgisi keçirilib

3-4 dekabr tarixlərində Malayziya Təhsil Sərgisi keçirilir. Tədbir Winning Magnitude, Malayziya Səfirliyi, Malayziya Xarici İşlər Nazirliyi, Malayziya Təhsil, Turizm və Elm Nazirliklərinin dəstəyi ilə Lingva Training Center tərəfindən təşkil edilir.

3 dekabr tarixində başlayan sərgi ilə bağlı mətbuat konfrasnı keçirilib. Mətbuat konfransında Malayziya univerisitetlərinin nümayəndələri, eyni zamanda Bakıda təşkil edilən kursların nümayəndələri öz stendləri ilə gələn qonaqları qarşılayıblar. Tədbirdə abituriyentlərə Malayziyada təhsil haqqında məlumat verilib. Konfrans zamanı, coffee break ilə yanaşı, siz “CASA” tərəfindən təqdim edilən Malayziyanın ləzzətli mətbəx nümunələri də təqdim edilib. Bununla yanaşı, Malayziyanın Turizm Nazirliyinin nümayəndələri də gələn qonaqları öz stendləri ilə qarşılayıb.

“CASA” Culinary Center of Azerbaijan şirkətinin baş meneceri Kamilla Muğanlinskaya Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “CASA” kulinariya mərkəzi İngiltərənin “City English” qurumu tərəfindən akkreditasiya olunub və Azərbaycanda da MDB məkanında bu ilk və yeganə akkreditasiya olunan kulinariya mərkəzidir.

“Mərkəzdə həm qısa müddətli, həm də uzun müddətli proqramlar mövcuddur. Aşbazlıq, barista proqramlarımıza müraciət edə bilərsiniz. Şənbə və bazar günlərində uşaqlar və böyüklər üçün proqramlar keçirilir.

Mərkəzin daxilində restoran fəaliyyət göstərir. Müəllimlər xarici ölkələrdən və Türkiyədən dəvət olunub. Milli mətbəx üzrə yerli müəllimlərimiz də var. Bizdə beynəlxalq proqramlar çərçivəsində dünya mətbəxi öyrədilir. Uzun müddətli proqramların çoxunda daha çox beynəlxalq mətbəxdir. Biz də milli mətbəximizi də əlavə etmişik ki, xarici tələbələr milli mətbəximizi öyrənə bilsin.

Bizdə hazırda 50-60 məzun olmuş tələbə var. Bu, beynəlxalq diplomlu proqramlar üzrədir. Proqram çox populyardır. İngiltərə təhsili hər yerdə keçərlidir. Bəzi tələbələr bu diplomla xaricdə işləyirlər. Eyni zamanda Azərbaycanda da iş tapmaq üçün gözəl fürsətdir” - deyən Kamilla Muğanlinskaya bildirib ki, diplom proqramlarına müraciət üçün yaş limiti 16 yaşdan başlayır. Qısa müddətli proqramlar üçün də yaş həddi 14 yaşından yuxarı nəzərdə tutulub.

Mətbuat konfransında iştirak edən jurnalistlər və gələn qonaqlar universitet, kurslar və sərgidə stendi olan qurum nümayəndələrinə Malayziyada təhsil və Malayziyaya səyahətlə bağlı suallarını ünvanladılar.

Xatırladaq ki, tədbir bugün də davam edəcək. Malaziyada təhsil və səyahətlə maraqlananlar sərgiyə baş çəkib, onları maraqlandıran suallara cavab tapa bilərlər.

Son xəbərlər
Bütün xəbərlər »