Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Şoyquya: "Siz prezidentlərin planları barədə məlumatlı deyilsiniz"
Lukaşenko Şoyquya: "Siz prezidentlərin planları barədə məlumatlı deyilsiniz"

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi və Rusiya Silahlı Qüvvələri vahid qrup, vahid ordu kimi kənardan mümkün təcavüzü dəf etmək üçün hazırlanır.

Bizimyol.info xəbər verir ki, bunu Lukaşenko şənbə günü Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə deyib.

“Düşünürəm ki, Belarusun müdafiə naziri artıq sizə Belarusdakı vəziyyət, Belarus və Rusiyanın ölkəmizdə olan bölmələrinin hazırlığı, döyüş koordinasiyası barədə məlumat verib. Deməliyəm ki, biz buna ciddi yanaşmışıq. Həm bizim, həm də sizin zabitlər gənc hərbçiləri hazırlayır. Həm belaruslar, həm də Rusiya ordusu üçün mütəxəssislər hazırlanır”, - deyə qeyd edib.

“Belə ki, lazım gələrsə, bizim birinci sıralarımız – İttifaq dövlətinin müdafiəçiləri istənilən təcavüzü dəf edə bilsinlər. İlk yardım dəstindən tutmuş, digər komponentlərə qədər. Mən orada forma və digər silahları nəzərdə tutmuram. Burada heç kim parçalanmır: biz vahid qruplaşma, vahid ordu olaraq bu gün hazırlaşırıq. Ətrafdakı hər kəs, hətta dost olmayan dövlətlər belə bundan xəbərdardır. Biz bunu gizlətmədik və belə bir fikrimiz də olmayıb. Bəli, təbii ki, müasir dünyada bunu gizlətmək mümkün deyil, bizim də gizli iş görməyə ehtiyacımız yoxdur. Öz ordumuzu hazırlayırıq, bu da görünməmiş hal deyil",- Belarus Prezidenti vurğulayıb.

Bir sözlə, Rusiya prezidenti ilə razılaşdığımız yolda davam edirik. Siz sadəcə məlumatlı deyilsiniz, bunu bizim Müdafiə Nazirliyimizlə həyata keçirirsiniz. Biz müəyyən etdiyimiz planlarımızı həyata keçiririk”,- deyə Lukaşenko əlavə edib.

Sergey Şoyqu Sergey Şoyqu

Daha əvvəl şənbə günü Şoyqunun Belarusa işgüzar səfərə gəldiyi barədə məlumat yayılmışdı. Minskdə o, Belarusun müdafiə naziri Viktor Xrenin ilə danışıqlar aparıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »