Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin oliqarxı Britaniyada saxlanılıb
Putinin oliqarxı Britaniyada saxlanılıb

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (MCA) "zəngin rusiyalı iş adamını" çirkli pulların yuyulması, Daxili İşlər Nazirliyinə qarşı sui-qəsd və yalan ifadələr vermək kimi cinayətlərdə şübhəli bilinərək həbs etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, agentliyin saytında verilən məlumata görə, 58 yaşlı iş adamı cümə axşamı (1 dekabr) Londondakı iqamətgahında MCA-nın kleptokratiya ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.

Həmin ərazidə işləyən 35 yaşlı daha bir nəfər də həbs edilib. O, içərisində bir neçə min funt-sterlinq pul olan çanta ilə binadan çıxarkən göründükdən sonra çirkli pulların yuyulmasında və MCA-ya mane olmaqda şübhəli bilinir. Digər məhbus, 39 yaşlı kişi, çirkli pulların yuyulması və dələduzluq etmək üçün əlbir olmaq da daxil olmaqla cinayətlərə görə Londonun Pimliko şəhərindəki evində həbs edilib.

Rusiyalı iş adamının milyonlarla funt-sterlinq dəyərindəki evinə baxış zamanı bir neçə rəqəmsal cihaz və külli miqdarda nağd pul götürülüb. Qeyd olunur ki, hər üç şəxs MCA-da dindirilib və zaminə buraxılıb.

Agentlik nə "varlı rusiyalı iş adamı"nın, nə də iş üzrə digər təqsirləndirilən şəxslərin adlarını açıqlamır. Bəzi mənbələrdən alınan məlumatlara görə, bu iş adamı Rusiyanın sanksiyalar altında olan oliqarxı Mixail Fridmandır. Onun da 58 yaşı var və Londondakı Athlone House iqamətgahında yaşayır. Mixail Fridman Vladimir Putinin yaxın adamlarından biridir.

“Yalnız bu il yaradılmış MCA-nın Kleptokratiyaya Qarşı Mübarizə Bölməsi oliqarxlar, onlara dəstək və yardım göstərən peşəkar xidmət təminatçıları, habelə Rusiya rejimi ilə əlaqəli olan şəxslərin potensial cinayət fəaliyyətinin araşdırılmasında mühüm nailiyyətlər əldə edib. Biz bu təhlükəni aradan qaldırmaq üçün əlimizdə olan bütün qüvvələrdən və taktikalardan istifadə etməyə davam edəcəyik”, - MCA-nın baş direktoru Qrem Biqqar bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »