Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron yaxın vaxtlarda Putinlə danışmaq istəyir
Makron yaxın vaxtlarda Putinlə danışmaq istəyir

Fransa prezidenti Emmanuel Makron təsdiqləyib ki, o, digər məsələlərlə yanaşı, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirəcəyini gözləyir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə şənbə günü "TF1"ə verdiyi müsahibədə bildirib.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri ilə söhbətdən sonra, xüsusən də mülki nüvə enerjisi mövzusunda prezident Putinlə yenidən danışmağı planlaşdırıram. Biz Ukraynaya kömək etməyə davam etməliyik, eskalasiyanın qarşısını almağa çalışmalıyıq, ZAES-in qorumalı və hər kəsin danışıqlar masası arxasında olduğu günə dialoq hazırlamalıyıq”, - deyə Fransa lideri qeyd edib.

Bundan əvvəl Makron ABŞ-a səfəri zamanı ABŞ prezidenti Co Baydenlə keçirdiyi mətbuat konfransında yaxın gələcəkdə Putinlə yeni telefon danışığı etmək niyyətində olduğunu bildirmişdi.

Müsahibə zamanı o qeyd edib ki, bu əlaqələri Almaniya kansleri Olaf Şolzla təşkil edədir. Fransa prezidenti əlavə edib ki, onun Baydenlə Vaşinqtonda apardığı danışıqlarda da oxşar məqsəd var: “Mən buraya, o cümlədən koordinasiya üçün gəlmişəm”, - deyə o qeyd edib.

Makronun sözlərinə görə, Fransa böhranın əvvəlindən əmin olub ki, münaqişə mülki nüvə enerjisi sahəsinə keçməsin, çünki atom elektrik stansiyaları Ukrayna ərazisində yerləşir.

Fransa lideri 2017-ci ildə Yelisey Sarayına gəldikdən sonra ikinci dövlət səfəri üçün noyabrın 29-da ABŞ-a gəlib. O, bu ölkəyə ilk dəfə 2018-ci ildə Donald Trampın dəvəti ilə səfər edib. Makronun bu dəfəki proqramı dekabrın 2-də başa çatıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »