Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qoşunları "Su-35S" təyyarələri ilə təhciz edilib
Rusiya qoşunları "Su-35S" təyyarələri ilə təhciz edilib

“Rostec”in Birləşmiş Təyyarə Korporasiyası (BTK) "Su-35S" çoxməqsədli qırıcıların bir partiyasını Rusiya qoşunlarına təhvil verib"

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında bildirilir.

"Komsomolsk-na-Amur" BTK aviasiya müəssisəsi (BTK PJSC Rostec dövlət korporasiyasının bir hissəsidir) yeni "Su-35S" təyyarələrinin daha bir partiyasını istehsal edib Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

Hökumət həmçinin çoxfunksiyalı qırıcıların yer və uçuş sınaqları silsiləsindən keçdiyini və "KnAAZ" aerodromundan xidmət yerinə uçuş etdiyini bildirdi.

“Bu gün "Komsomolsk-na-Amur" Aviasiya Zavodunun istehsal gücü tam gücü ilə işləyir. Biz Rusiya Müdafiə Nazirliyinin müasir aviasiya sistemlərinə olan ehtiyaclarını ödəyərək, müqavilələrdə nəzərdə tutulmuş şərtlər daxilində aviasiya texnikasını çatdırırıq. İstehsal proqramlarını yerinə yetirmək üçün bu gün müəssisədə texniki yenidənqurma və zəruri avadanlıqlarla yenidən təchizat işləri davam etdirilir. Əlbətdə bu gün cəbhədə bizim istehsal etdiyimiz texnikaya böyük ehtiyac var və biz məcburi olaraq, gücümüzü daha çox bu istiqamətə yönələdirmişik. Lakin gələcəklə bağlı planlarımız üzərində də işlər gedir. Biz istehsal prosesini müasir yeniliklərə uyğun inkişaf etdirmək üzərində də axtarışlarımızı davam etdiririk, lakin bu gün tələb başqadır”, - deyə mətbuat xidməti BTK-ın baş direktoru Yuri Slyusarın sözlərini sitat gətirir.

Hesabatda o da qeyd olunur ki, 2022-ci ildə "KnAAZ"da 500-dən çox yeni istehsalat işçisi və mühəndis işlə təmin olunub. Gələn il də fəhlə və mühəndislik ixtisasları üzrə eyni sayda yeni mütəxəssisin işə qəbulu nəzərdə tutulub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »