Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz dini hardan və necə öyrənə bilərik? - Video
Biz dini hardan və necə öyrənə bilərik? - Video

İnsanlar müxtəlif dinlərə və inanclara sitayiş edir. Təktanrılı və çoxtanrılı dinlərə inanıdıldığı kimi, bütpərəst olan insanlar var. Hətta dünyada xeyli sayıda inanmayan insanlar da mövcuddur. Azərbaycan İslam dininin hakim olduğu ölkələrdəndir. Ölkədə insanlar dini müxtəlif vasitələrdən; Youtube kanallarında özünü ilahiyyatçı kimi təqdim edənlərdən, məscidlərdən, dinin tədris edildiyi az sayıdaki müəssisələrdən, müəyyən bir kəsim də İranda təhsil alan “molla”lardan öyrənir. Əslində, din, inanc insana yaşamağa kömək edən vasitələrdir. Bu səbəbdən hər nə formada olursa olsun insan bir inanca, bir dinə sahib olmaq istəyir.

  • Bəs biz dini hardan və necə öyrənə bilərik? Kim bizə dinin dərinliklərini olduğu kimi öyrədə bilər? Kim əslində İslam dininin bizə illərlə öyrədildiyi kimi olmadığını izah edə bilər? Dini biliyimizi kimdən və ya hardan almalıyıq? Dövlət bu sahədə hansı addımları atmalıdır?

Türkiyə Kırıkkale Universiteti İslami Elmlər Fakültəsinin dosenti, əslən Azərbaycandan olan professor Şahin Əhmədoğlu Bizimyol.info xəbər portalına müsahibəsində deyir ki, din həmişə insanların diqqətini çəkib.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

“Diqqəti çəkdiyi üçün də, din haqqındaki məlumat boşluğunu əvvəlcə onun yaşadığı ailəsi və ətraf mühiti doldurur. Ancaq, bizim üçün əsas olan din haqqında doğru məlumatları necə əldə edəcəyimizdir. Əslində, dünyada bunun bir çox tətbiqi var. Bəzi ölkələr bunu dövlətin nəzarəti altında edir, bəzi ölkələr bunu tamamən vəqflərə, təşkilatlara buraxır ki, onlar bunu tətbiq etsinlər. Amma, Azərbaycan nöqteyi nəzərdən baxanda, Azərbaycan dövləti cəmiyyətin dini sahədəki ehtiyaclarının aradan qaldırılması üçün yeni bir dini tədris proqramı hazırlaya bilər. Azərbaycanda hazırda Azərbaycan İlahiyyat İnstitutu olsun və digər mədrəsələr olsun, Azərbaycan cəmiyyətinin dinə olan tələbatını qismən də olsa ortadan qaldırırlar” - deyən professor bildirib ki, bunlar əlbəttə ki, kifayət deyildir.

Şahin Əhmədoğlunun fikrincə, eyni zamanda, Azərbaycanda din sahəsində yetişmiş mütəxəssislər tədris müəssisələrində ən azından dinlər tarixi, məzhəblər tarixi haqqında məlumat verə bilər. İnsanlar da bu sistem içərisində maariflənə bilərlər. Azərbaycanda dini təbliğ edən, dini olduğu kimi öyrədən bir kanalın açılması da önəmlidir.

İlahiyyatçı hesab edir ki, bu kanalın olması insanların din maarifləndirilməsi üçün böyük əhəmiyyətə malikdir.

“Türkiyənin Diyanət İşləri Başqanlığı var. Diyanət Televiziyası var. Bununla bərabər bir çox xüsusi televiziya kanalları vardır. Əlbəttə, dövlətin bu sahədə rəsmi kanalı ola bilər. Türkiyədən nümunə götürülə bilər. Azərbaycanda Din İşləri üzrə Dövlət Komitəsi var. Bunun nəzdində də ola bilər. Vəyaxud da Qafqaz Müsəlmanları Ruhani İdarəsi var. Məsələn, indiyə qədər Qafqaz Müsəlmanları Ruhani İdarəsinin bir YouTube kanalının olmaması həqiqətən düşündürücüdür. İndiyə qədər bunlar olmalı idi. Azərbaycanda rəsmi şəkildə, dövlətin nəzarəti altında belə bir kanalın açılması cəmiyyətdə bu sahədə olan boşluğun aradan qaldırılmasına öz töhfəsini verəbilər” - deyə professor qeyd edib.

P.S. Bəzən uşaqlarımızın, valideynlərimizin YouTube kanallarındaki “ilahiyyatçıların” və “dindarların” fikirlərini dinlədiyinə şahid oluruq. Və hətta bu fikirləri əldə əsas tutaraq, həyatlarına tətbiq etməyə çalışanlar da var. Amma heç kim bizə zəmanət verəbilməz ki, özünü bu kanallarda dindar ilahiyyatçı, alim kimi reklam edənlər, dini incəliklərinə kimi öyrədə bilir və yaxınlarımızın düşüncələrini öz fantaziyaları ilə doldurmayacaq. Bu səbəbdən də Azərbaycanda dini maarifləndirməni həyata keçirəbilən, dövlətin nəzarətində olan, dini dügün şəkildə tətbiq edən telekanalın olması çox vacibdir.

Gələcək nəsillər dini İran mollalarından, İranda təhsil alıb Azərbaycanda mollalıq edənlərdən və yaxud ilahiyyatçı adı altında şəxsi fantaziyalarını insanlara sırımağa çalışan dələduzlardan deyil, alimlərdən, sözün əsl mənasında ömrünü dinin, məzhəblərin araşdırılmasına sərf etmiş alimlərdən öyrənərsə, daha sağlam düşüncəli, əqidəli nəsillər yetişə bilər… Bu, bir təklifdir….

Professor Şahin Əhmədoğlu ilə dini təhsil və inanc mövzusunda hazırladığımız video-müsahibəyə aşağıdakı ekrandan baxa bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »