Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anası Saakaşvilinin Gürcüstan siyasətindən getdiyini deyir
Anası Saakaşvilinin Gürcüstan siyasətindən getdiyini deyir

"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili daha Gürcüstanın siyasi həyatında iştirak etmək niyyətində deyil".

Bizimyol.info xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniyanın keçmiş prezidentin “Facebook” səhifəsində dərc olunmuş bəyanatında deyilir.

"Mixail Saakaşvili heç bir şəkildə Gürcüstan siyasətində iştirak etmək niyyətində deyil və ədalətli qərara ümid edir", - deyə Alasaniya mesajda qeyd edib.

Həbsdə olan Saakaşvilinin anası bildirib ki, o, vəkillərinin əvvəllər danışdıqları zəhərlənmə ehtimalına görə Gürcüstan hakimiyyətini günahlandırmır. Onun səhhətinin müayinəsinin nəticələri orqanizmdə ağır metalların, o cümlədən civənin olduğunu göstərib. Giuli Alasaniyanın fikrincə, Saakaşvili zəhərlənibsə, bunun arxasında başqa ölkə dayana bilər.

Cümə axşamı günü səhər saatlarında “Empatiya” qeyri-hökumət təşkilatı tibbi hesabat dərc edib, ona görə Saakaşviliyə həbslə bir araya sığmayan on diaqnoz qoyulub. “Empathy”nin rəhbəri Mariam Cişkarianinin sözlərinə görə, Gürcüstanın eks-prezidenti müalicə üçün xaricə göndərilməlidir.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də ökə polisi tərəfindən saxlanılaraq həbs olunub.

Eks-prezident Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı qalmaqallı işdə və keçmiş deputat Valeri Gelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.

Saakaşvili ittihamları qəbul etmir və özünü siyasi məhbus adlandırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »