Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan parlamenti “iki hissəyə bölündü” - Hakim partiyaya qarşı ittihamlar
Ermənistan parlamenti “iki hissəyə bölündü” - Hakim partiyaya qarşı ittihamlar

“Dağlıq Qarabağla bağlı əsas məsələlərdə müxalifətlə Ermənistan hakimiyyəti arasında əsaslı fikir ayrılıqları var”.

Bizimyol.info xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan “Azərbaycan Milli Məclisinin noyabrın əvvəlində qəbul edilmiş bəyanatına cavab olmalı parlamentin bəyanatı” layihəsini təqdim edərkən deyib.

Xəbərdə bildirilir ki, Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyası parlament bəyanatının mətnini müzakirə edərkən, bir sıra prinsipial yanaşmalardan və düsturlardan imtina edib.

Tevanyanın sözlərinə görə, “GD” fraksiyası müxalifətin təşəbbüsü ilə çağırılan növbədənkənar iclasın keçirilməsini dəstəkləsə də, buna baxmayaraq, onlar orijinal mətnə erməni maraqlarına zidd düzəlişlər etməyi təklif ediblər.

“Onlar xüsusilə, “Mülki müqavilə” “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax Respublikası” ifadəsi ilə razılaşmır”, - deyə Tevanyan bildirib.

“Başqa bir misal: müxalifət öz mətn variantında Azərbaycanın “tarixi ərazisində öz müqəddəratını təyin edən Dağlıq Qarabağ Respublikasına qarşı” sözlərini yazır. Hakimiyyət isə bunu “Dağlıq Qarabağ ermənilərinə qarşı” ifadəsi ilə əvəz etmək istəyir. Bu yanaşma müxalifət üçün qəbuledilməzdir.

Yanaşmalarda ikinci prinsipial fərq ondan ibarətdir ki, hakimiyyət “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə” bəndindən, həmçinin ötən il Türkiyə və Azərbaycanın imzaladığı “Şuşa bəyannaməsi”ni pisləməkdən imtina edib”,-deyə erməni deputat əlavə edib.

Deputatın sözlərinə görə, hakim fraksiya da Ermənistan Respublikasının “Dağlıq Qarabağ”ın təhlükəsizliyinin təmin edilməsi və öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi üzrə məsuliyyətini tanımaq istəmir.

Tevanyanın sözlərinə görə, Qarabağ məsələsinin Ermənistanın maraqlarından ayrılması və “Dağlıq Qarabağ”ın təslim olması ilə sülhün əldə olunması nəzərdə tutulan yolverilməz yanaşmadır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »