Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivudun məşhur aktrisası Ukrayna üçün 37 milyon dollar toplayıb
Hollivudun məşhur aktrisası Ukrayna üçün 37 milyon dollar toplayıb

Əslən Ukraynanın Çernovtsı şəhərindən olan məşhur Hollivud aktrisası Mila Kunis Rusiya müharibəsi ilə bağlı doğma ölkəsinə kömək etmək üçün pul yığmaq qərarına necə gəldiyindən danışıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "People" jurnalına müsahibəsində danışıb.

"Kömək etmək - hətta xahiş etmək yox, sadəcə iş görmək - bizim standart normamız olmalıdır. Çox danışan, amma az iş görən insanları tez-tez görürdüm. Xeyriyyəçilik haqqında ilk dəfə danışırdım, çünki bu halda başqa yol yox idi. Biz Putinin bütün ölkəni təhdid etdiyini görəndə bilirdik ki, böyük miqyaslı böhran yaxınlaşmaq üzrədir. Biz də öz köməyimizi göstərməyə bilməzdik. Çünki bu, xudbinlik olardı", - deyə aktrisa bildirib.

Kunis evdə uşaqları ilə müharibə haqqında danışıb-danışmadığını da açıqlayıb: "Qızımız Vyatt 8, oğlumuz Dimitri isə demək olar ki, 6 yaşındadır. Uşağın beyni nə qədər gözəl və zəngin olsa da, bu qədər məlumatı bir anda həzm edə bilmir. Ona görə də biz onlara başa düəcəyi qədər, dünyada nə baş verdiyi barədə kifayət edəcək məlumatları veririk, amma təfərrüatlara varmaq hələ tezdir deyə düşünürük. Bu iki ölkənin müharibə etdiyini bilirlərmi? Bəli. Günahsız insanların öldüyünü bilirlərmi? Bəli. Amma biz onlarla xəbərlərə baxmırıq. Bu onlara hələ ki, lazım deyil. Biz sadəcə onların başa düşmələrini istəyirik. Dünyanın onlardan daha böyük olduğunu anlamalarını istəyirik”, - deyə aktrisa əlavə edib.

Ulduz valideynləri ilə hələ də rus dilində danışdığını etiraf edib: "Valideynlərim və mən bir-birimizlə rusca danışırıq, buna görə də övladlarımız bunun üzərində böyüdülər. Onlar təbii olaraq qürur duyurlar ki, yarı ukraynalıdırlar. Həqiqət budur ki, mən tipik amerikalıyam. Los-Ancelesdə böyümüşəm. Ancaq Ukraynalı olduğum üçün heç vaxt bu qədər fəxr etməmişdim. Övladlarımın bu irsi davam etdirə bilməsi ilə fəxr edirəm", -deyib məşhur aktrisa.

Qadir, Bizimyol.info

Son xəbərlər