Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakı və Ankaranın hərəkətlərində müəyyən “iş bölgüsü” var”- Safrastyan
“Bakı və Ankaranın hərəkətlərində müəyyən “iş bölgüsü” var”- Safrastyan

“Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması siyasəti heç bir əsaslı dəyişikliyə məruz qalmayıb və işçi qruplar səviyyəsində ayrıca görüşlər Ankaranın qlobal strategiyasını dəyişmək iqtidarında deyil”.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu direktorunun müşaviri Ruben Safrastyan Türkiyə liderinin nümayəndəsi İbrahim Kalının son açıqlamalarını şərh edərkən deyib.

Şərqşünasın fikrincə, Ankara münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürməkdə davam edir. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəzən şərtlərdən yox, tələblərdən danışır.

“Bundan əvvəl Ərdoğanın nümayəndəsi müsahibəsində bildirmişdi ki, noyabrın əvvəlində sərhəddə Ermənistan və Türkiyənin texniki nümayəndə heyətlərinin görüşü baş tutub. Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədindən quru nəqliyyatının açılması ilə bağlı məsələlər müzakirə edilib. Bununla bağlı nümayəndə heyətləri körpünün təmiri, gömrük nəzarəti və texniki hazırlıq məsələlərini işləyiblər. Üstəlik, türkiyəli mütəxəssislər hətta sərhədi keçərək Ermənistandan olan həmkarları ilə nahar ediblər.

Kalın eyni zamanda bildirib ki, Türkiyə istənilən halda müttəfiqi Azərbaycanla prosesi koordinasiya edəcək. Əslində Kalın heç bir irəliləyişdən danışmayıb. Bunlar sırf texniki detallardır. Xatırlayırıq ki, bir neçə ay əvvəl üçüncü ölkələrdən gələn şəxslər üçün sərhədin açılması ilə bağlı razılıq əldə olunmuşdu. İndi bu məqsədə çatmaq üçün texniki məsələlər üzərində iş gedir. Lakin buna görə Türkiyənin yanaşmaları ümumiyyətlə, dəyişmir”,- deyə Safrastyan qeyd edib.

Ekspertin sözlərinə görə, Ankara bəzi xırda addımlar, jestlər edir, məsələn, sərhədə mütəxəssislər göndərmək formasında bu addımlar informasiya məkanında geniş şəkildə “təbliğ olunur”, sonra fasilə yaranır, bir müddət sonra isə bəzi yeni detallar məlum olur.

Safrastyanın fikrincə, ideya Ermənistan üçün heç bir fundamental addım atmadan, sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulmasını mütəmadi olaraq təxirə salaraq zamanla oynamaq və eyni zamanda, rəsmi İrəvana təzyiqləri gücləndirməkdən ibarətdir.

“Bütün bunlar Azərbaycanla razılaşdırılaraq həyata keçirilir. Bakı və Ankaranın hərəkətlərində müəyyən “iş bölgüsü” var”.

Bu kontekstdə, qarşıdan gələn il Türkiyədə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, onların nəticələri Türkiyənin gələcəkdə regionda və dünyada tutacağı mövqe baxımından əhəmiyyətli olardı. Ərdoğanın qələbəsi halında indiki kurs sözsüz ki, qorunub saxlanacaq”,- deyə Safrastyan qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »