Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Si Tsinpinq: Böhranının siyasi yolla həlli Avropanın maraqlarına uyğundur
Si Tsinpinq: Böhranının siyasi yolla həlli Avropanın maraqlarına uyğundur

"Ukraynadakı münaqişənin siyasi yolla həlli Avropanın maraqlarına uyğundur".

Bizimyol.info xəbər verir ki, vunu cümə axşamı Pekində Avropa Şurasının rəhbəri Çarlz Mişel ilə keçirdiyi görüşdə Çinin dövlət başçısı Si Tsinpinq deyib.

“İndi Ukraynadakı böhranının siyasi yolla həlli ən çox Avropanın və bütün Avrasiya ölkələrinin maraqlarına uyğundur”, - deyə Çin Mərkəzi Televiziyası Si Tsinpinqin çıxışından sitat gətirib.

Onun sözlərinə görə, Çin Avropa İttifaqı ilə dinc yanaşı yaşamaq və obyektiv münasibətlərin davam edəcəyinə inanır. "Ümid edirik ki, Avropa İttifaqı mexanizmləri və ölkələri Çin haqqında obyektiv və etibarlı təsəvvür formalaşdıracaq və Çin Xalq Respublikasına qarşı siyasətində dinc yanaşı yaşamaq prinsipinə əməli şəkildə riayət edəcək", - deyə o qeyd edib.

Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, tərəflər Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparıblar: “Çin Avropa İttifaqını Ukraynada vasitəçilik rolunun artırılmasında dəstəkləyir, həmçinin balanslaşdırılmış, səmərəli və davamlı Avropa təhlükəsizlik arxitekturasının qurulmasını səbirsizliklə gözləyir. Çin həmişə sülhün tərəfində olub və öz konstruktiv rolunu oynamağa davam edəcək. Bu münaqişədə də, biz hər hansı tərəfin deyil, qarşılıqlı razılaşma əsasında yaranacaq sülhün, müharibənin tezliklə dayandırılması üçün başlanması vacib olan danışıqların tərəfdarıyıq”, - deyə Si Tsinpinq bildirib.

Si Tsinpinq Avropa Şurasının rəhbəri ilə söhbətində Ukraynada gərginliyin qarşısını almağa çağırıb:

“İndiki vəziyyətdə böhranın eskalasiyasına, eləcə də münaqişənin genişlənməsinə yol verməmək, sülh və danışıqlara başlamağı təmin etmək lazımdır”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »