Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukrayna hərbçilərinin döyüş hazırlığını əhəmiyyətli dərəcədə genişləndirə bilər
ABŞ Ukrayna hərbçilərinin döyüş hazırlığını əhəmiyyətli dərəcədə genişləndirə bilər
ABŞ prezidenti Co Baydenin administrasiyası Almaniyadakı Amerika bazasında ukraynalı hərbçilərin təlimini əhəmiyyətli dərəcədə genişləndirmək imkanını nəzərdən keçirir. Söhbət hər ay 2500 hərbçinin hazırlanmasından gedir.

Bizimyol.info xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ hakimiyyəti təkcə təlim keçəcək ukraynalı əsgərlərin sayını artırmağı deyil, həm də döyüşçülərin hazırlanmasına yanaşmanı dəyişməyi planlaşdırır.

"Yeni proqrama əsasən, ABŞ yaxın zamanlarda Ukrayna əsgərlərinin əhəmiyyətli dərəcədə daha böyük qruplarına daha mürəkkəb döyüş taktikaları, o cümlədən piyadaların manevrlərinin artilleriya dəstəyi ilə koordinasiyası üzrə təlimlərə başlamaq barədə qərar verəcək", - deyə materialda bildirilir.

Nəşrin mənbəsi qeyd edir ki, bu təlim Ukrayna hərbçilərinin Polşa və ya Böyük Britaniyada aldığı təlimlə müqayisədə daha ​​intensiv və əhatəli olacaq.

Noyabrın 30-da məlum olub ki, ABŞ Müdafiə Nazirliyi Ukrayna üçün "NASAMS" zenit-raket komplekslərinin istehsalı üçün 1,2 milyard dollar məbləğində müqavilə imzalayıb. Söhbət altı hava hücumundan müdafiə sisteminin istehsalından gedir.

Bundan əlavə, ABŞ Rusiyanın hücumlarına qarşı hava hücumundan müdafiə qüvvələrinə dəstək vermək üçün “Patriot” raketdən müdafiə sistemini Ukraynaya verilməsi barədə düşünür. CNN-ə məlumat verən mənbə nəşrə bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi ABŞ-ın ən yüksək prioritetidir.

Bundan əvvəl o da bildirilirdi ki, ABŞ Rusiya Federasiyasının kütləvi hücumları nəticəsində zədələnmiş enerji sistemini bərpa etmək üçün Ukraynaya lazım olan avadanlıqları təcili almaq üçün Kiyevə 53 milyon dollar verəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »