Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Modi: Dövrümüzün problemlərini birlikdə həll etməliyik
Modi: Dövrümüzün problemlərini birlikdə həll etməliyik

"Terrorizm, iqlim dəyişikliyi, pandemiya kimi üzləşdiyimiz ən böyük problemlərlə birlikdə mübarizə aparmaq daha yaxşıdır".

Bizimyol.info xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib.

O, ölkəsinin İyirmilik Qrupuna (G20) sədrliyinin başlaması ilə əlaqədar cümə axşamı günü çıxışı zamanı terrorizm, pandemiya və iqlim dəyişikliyi kimi dövrün genişmiqyaslı problemlərinə qarşı birgə mübarizə aparmaqla bağlı çağırış edib.

Modi: "G20-yə sədrliyi dövründə, Hindistan davamlı həyat tərzini təşviq etmək və qida, gübrə və tibbi məhsulların qlobal tədarükünü siyasətdən uzaq tutmaq istiqamətində işləməyə çalışacaq. Əlbəttə, müəyyən məsələlərdə hər dövlətin öz maraqları var. Bu, qəbul edilən qaydadır. Amma elə məsələlər var ki, biz burada bir dövlətin deyin bəşəriyyətin taleyini önə sürməliyik. Xilasımız birliyimiz olacaqsa, biz o yöndə fəaliyyətimizi qurmalıyıq. ", - deyə qeyd edib.

"Hindistan G20 vasitəsilə öz prezidentliyinin "Bir Yer, Bir Ailə, Bir Gələcək" mövzusundan ilhamlanan birliyi daha da inkişaf etdirəcək",- deyə o qeyd edib. Hindistan hökumətinin başçısı G20-nin əvvəlki sədrlərinə əhəmiyyətli nəticələr əldə etdiklərinə görə təşəkkürünü bildirdi".

Hindistanın baş nazirinin daha əvvəl dediyi kimi, onun ölkəsinin G20-yə sədrliyi “inklüziv, iddialı, qətiyyətli və fəaliyyət yönümlü” olacaq. O, dünyanın eyni vaxtda geosiyasi gərginlik, iqtisadi tənəzzül, ərzaq və enerji qiymətlərinin artması, həmçinin koronavirus pandemiyasının uzunmüddətli təsirləri ilə mübarizə apardığı bir vaxtda Hindistanın birləşmə üçün məsuliyyət daşıdığını vurğuladı.

Qeyd edək ki, G20-yə sədrlik İndoneziyadan Hindistana keçib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »