Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin XİN başçısı İtaliyaya səfər edəcək
Türkiyənin XİN başçısı İtaliyaya səfər edəcək

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu 1-2 dekabr tarixlərində İtaliyanın paytaxtı Romaya səfər edəcək.

Bu barədə "Report"a Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində türkiyəli nazir həmin tarixlərdə keçiriləcək 8-ci Aralıq dənizi Dialoq Forumunda iştirak edəcək.

Nazir həmçinin, dekabrın 2-də “Xüsusi Dialoq” sessiyasında çıxışı edəcək. O, regional və beynəlxalq məsələlərlə bağlı Türkiyənin xarici siyasət xəttindən bəhs edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »