Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turistlərin maraq dairəsində olan müalicə mənbəyi Damlataş Mağarası
Turistlərin maraq dairəsində olan müalicə mənbəyi Damlataş Mağarası

Antalyanın Alanya rayonunda yerləşən Damlataş Mağarası, şəhərin tarixi və təbii gözəlliklərini araşdırmaq istəyənlərin  və mağara turizmi ilə maraqlananların diqqət mərkəzindədir. Damlataş mağarası turizm baxımından əhəmiyyətli hesab edilir və astma xəstəliyindən əziyyət çəkən insanlar tərəfindən ziyarət edilir. Buna görə də, Antalyaya gələn ziyarətçilər Antalyanın gəzməli yerləri ilə maraqlanan zaman Damlataş mağarasını da diqqətdən qaçırmamalıdır.

Damlataş mağarası 15.000 il əvvəl dəniz suyunun qayaları aşıması nəticəsində yaranıb. Mağara çox maraqlıdır. Belə ki, yağış yağan zaman mağaranın tavanından əhəngli sular axır. Çatlardan damlayan təbaşirli su damcılarına görə bu mağara Damlataş mağarası (damlataş) adlandırılmışdır. Damlataş mağarasındakı çatlar zamanla əhəngli su temperatur və rütubət səbəbindən meydana gəlib.

Eyni zamanda mağaranın içində təbaşirli su damcılarının yerdə yığılıb donması müxtəlif fiqurlar da meydana gəlib.

Uzun illər ərzində çatların və müxtəlif fiqurların meydana gəlməsi təbiətin inanılmaz möcüzəsi adlandırıla bilər. Mağaranın tapılması kəşf edilməsinin tarixi də maraqlıdır. Belə ki, Damlataş mağarası ilk dəfə 1948-ci ildə bərə limanının inşas zamanı istifadə edilmək üçün karxana olaraq təyin olunmuş yerdə dinamit partladılması zamanı təsadüfən kəşf edilmişdir. Mağaranın turistik baxımdan maraqlı olmasının səbəbi isə, Türkiyədə turistlərin üzünə açılan ilk mağara olmasıdır. Damlataş mağarası mağara turizmi ilə maraqlananların ən çox sevdiyi yerlərdən biri adlandırmaq olar.

Antalyaya hava yolu ilə gəlirsinizsə, mağaranı araşdırmaq üçün Antalya hava limanı avtomobil icarəsi şirkətlərinin xidmətlərindən istifadə etmək olar. Damlataş mağarasının tam olaraq Alanya mərkəzindən 3 kilometr uzaqlıqda, Alanya qalasının qərbində yerləşir. Antalyanın Alanya rayon mərkəzinin sahil hissəsində yerləşən mağaranın uzunluğu 30 metrdir. Mağara çox zaman müalicəvi xüsusiyyətlərinə görə də ziyarət edilir. Belə ki, Damlataş mağarasının xüsusilə astma və tənəffüs yolları xəstəliklərində təsirli olduğu deyilir.

Turist ziyarətinə bağlı olan mağaraya səhər saat 06:00-10:00 arası astma və tənəffüs yolu xəstəliklərdən əziyyət çəkənlər baş çəkir. Xəstələr mağarada gündə 4 saat olmaqla cəmi 21 gün qala bilərlər. Mağaranın xəstəliklərə faydası mağaranın xüsusiyyətləri ilə izah edilir. Belə ki, mağaradakı karbon qazı 8-10 dəfə yüksəkdir, az səssizliyə, yüksək rütubətə və radiokativ elementlerə malikdir.

Alanya Marinadan (limandan) 4 kilometr aralıda olan mağaraya rahat və sürətli çatmaq üçün, öncədən avtomobil icarə etməyi, daha sonra tətilinizi planlaşdırmanızı tövsiyə edirik.

Son xəbərlər
Bütün xəbərlər »