Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim də Türkiyə, İsrail və Pakistan kimi dostlarımız var"
"Bizim də Türkiyə, İsrail və Pakistan kimi dostlarımız var"

Azərbaycana qarşı təkcə Rusiya və İran deyil, eyni zamanda, Rusiya, İran, Ermənistan, Fransa birliyi də var. Bu birlik əslində Ermənistan üzərindən özünün maraqlarını təmin etməyə çalışır. Əlbətdə ki, Rusiya və İranın cənubi Qafqazla bağlı siyasəti məlumdur. Yəni Cənubi Qafqaz siyasəti ortadadır və onların marağında cənubi Qafqazın nəzarətdə saxlanılmasıdır. Ermənistan isə aydın məsələdir ki, Azərbaycana qarşı düşmən münasibətdədir.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov danışıb. Onun sözlərinə görə, bu düşmən münasibət ondan irəli gəlir ki,Ermənistan 1992-93-cü illərdə etdiyi siyasəti davam etdirmək istəyir.

Samir Hümbətov Samir Hümbətov

"Amma məsələ burasındadır ki, Azərbaycanın da öz dostları, tərəfdaşları var. Türkiyə, İsrail, Pakistan, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər Azərbaycanla tərəfdaşdır. Eyni zamanda bir çox müsəlman dövlətləri var ki, onların Azərbaycanla münasibətləri üst səviyyədədir, strateji əməkdaşlığı var, dostluğu var və bu əlaqələr daha da inkişaf etdirilir”,- deyən politoloq bildirib ki, belə olan halda biz Rusiya-İran ittifaqına və yaxud da İran, Rusiya, Ermənistan, Fransa birliyinə qarşı bu dövlətlərlə daha sıx əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəyyən bir uğurlar əldə edə bilərik",- deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın indiki halda ən önəmli olan məsələsi Türkiyə, İsrail, Pakistan və türkdilli dövlətlər, bəzi müsəlman dövlətləri ilə əlaqələri daha da sıxlaşdırmaqdır - bununla da Azərbaycanın mövqeyi dünyada daha da dəstəklənəcək, Azərbaycan sözügedən dövlətlərə qarşı ciddi bir sipər əldə edə biləcək.

Eyni zamanda politoloq hesab edir ki, Azərbaycan ordunun gücləndirilməsinə fikir verməlidir. “Bu prosesləri beynəlxalq şirkətlərin ölkəyə cəlb edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi ilə də davam etdirmək olar. Bu qeyd etdiyim məsələlərə toxunulsa, diqqətlə nəzərdən keçirilsə, strateji plan hazırlansa, yol xəritəsi hazırlansa, Azərbaycanın həmin dövlətlərə qarşı, yəni İrana, Rusiyaya, Fransaya, Ermənistana qarşı ciddi sipər əldə etmək imkanları olacaq”,- deyə o vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »