Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya və Belarus tamamilə təcrid olunublar"
"Rusiya və Belarus tamamilə təcrid olunublar"

Rusiya və Belarus işğalçı ölkələr kimi tamamilə təcrid olunublar. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi blokunda olan Moskva ilə Minskin müttəfiqləri belə Ukraynaya qarşı müharibəni və onun təbliğat şəbəkəsini dəstəkləməkdən imtina edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter məlumat verib.

"Bir neçə gün əvvəl xarici işlər naziri Vladimir Makeinin vəfatını nəzərə alaraq Belarusu tədbirdə kimin təmsil edəcəyini bilmirəm, lakin bu görüşdə Rusiyanın tamamilə təcrid olunmasını çox güman ki, görmüş olacağıq", - deyə Karpenter bildirib.

O vurğulayıb ki, dekabrın 1-2-də Polşanın Lodz şəhərində keçiriləcək ATƏT nazirlərinin görüşündə əsas mövzu işğalçı Rusiyanın Ukraynaya qarşı müharibəsi olacaq.

Xatırladaq ki, mətbuatda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının toplantılarına Rusiya nümayəndə heyətinin buraxılmayacağı barədə məlumatlar yayılmışdı. Xüsusən də xarici işlər naziri Sergey Lavrovun belə mötəbər tədbirlərə qatılması arzuolunmaz hesab edilmişdi.

Öz növbəsində Rusiya Lavrovun təşkilatın iclasında iştirakına imkan verməyən Polşadan ATƏT ölkələrinə şikayət edib. Rusiya Federasiyasının diplomatik departamenti Varşavanın qərarını “görünməmiş və təxribat xarakterli” adlandırır.

Qeyd edək ki, daha əvvəl bir sıra KİV Lavrovun Nazirlər Şurasının iclasında iştirakdan imtina etməsi ilə bağlı xəbərlər yayıb.

“İndi bizim fikrimizcə, Rusiya bütün beynəlxalq platformalarda mümkün qədər təcrid olunmalıdır. Bu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, yəni Avropanın təhlükəsiz olması vacib olan ölkələrin toplantısıdır və Rusiya buna qarşı çıxır. Onun bütün təşkilata tamamilə zidd olan maraqları var”,– Yablonski Polşa televiziyasına Lavrovun imtinası ilə bağlı açıqlamasına münasibət bildirərkən demişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »