Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan qalmaqallı açıqlama - Yenə Türkiyəyə qarşı terroru himayə etdi
ABŞ-dan qalmaqallı açıqlama - Yenə Türkiyəyə qarşı terroru himayə etdi

Türkiyənin terror hədəflərinə qarşı uğurla həyata keçirdiyi “Pəncə-Qılınc” əməliyyatının əks-sədaları davam edərkən ABŞ-dan daha bir qalmaqallı açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder bildirib ki, "davam edən münaqişə, xüsusilə quru əməliyyatı dünyanın İŞİD-ə qarşı sərt mübarizədə əldə etdiyi nailiyyətləri ciddi şəkildə təhlükə altında qoyur və regionda sabitliyi pozur".

Türkiyənin Suriyada potensial quru əməliyyatı ilə bağlı narahatlığını davam etdirdiyini qeyd edən Rayder əlavə edib ki, "eyni şəkildə, Türkiyə sərhədləri daxilində baş verən terror aktları ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarını tanıyırıq və yenə də təmkinli olmağa çağırırıq".

Pentaqonun sözçüsü İŞİD-ə qarşı əməliyyatların dayanmadığını, lakin ABŞ-ın Suriya Demokratik Qüvvələri (SDQ) ilə birgə patrulların sayını azaltdığını və Amerika qüvvələrinin başqa yerlərdə yerləşdirilmədiyini bildirib.

Patrik Rayder onu da əlavə edib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin tezliklə türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.

Xatırladaq ki, Türkiyə noyabrın 13-də İstanbulun İstiqlal küçəsində 6 nəfərin ölümü ilə nəticələnən terror aktında PKK/PYD/YPG-ni günahlandırır.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi internet saytında dərc edilən yazılı mesajda aşağıdakı ifadələr yer alıb:

“Suriya və Türkiyədə finc insanların həlak olması ilə bağlı səmimi başsağlığı veririk. Biz Suriyada dinc sakinləri qorumaq və İŞİD-i məğlub etmək üçün ümumi hədəfi dəstəkləmək üçün gərginliyin azaldılmasına çağırırıq. Biz İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik”.

Türkiyə isə bildirir ki, ABŞ terror hədəflərinə qarşı əməliyyatda həlak olanları "dinc" adlandırıb, enyi zamanda Türkiyəyə hücuma görə başsağlığı versə də, qınama mesajı yaymayıb.

Onu da əlavə edək ki, əməliyyat çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə aid təyyarələr İraqın şimalındakı sərhəd xəttinə 140 kilometr məsafədə yerləşən Asos və 90 kilometr uzaqlıqda yerləşən Qəndildəki hədəfləri eyni vaxtda məhv edib.

Bu arada ABŞ Suriyada yerləşən anti-Türkiyə terror təşkilatlarını himayə edir. Vaşinqton iddia edir ki, o təşkilatlar İŞİD-ə qarşı mübarizə aparırlar və bu işdə ABŞ-a kömək edirlər. ABŞ-ın bir terror təşkilatı ilə birləşib başqa bir terror təşkilatına qarşı mübarizə aparması da baş bir absurddur.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »