Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan bütün təkliflərdən Vaşinqton variantını göstərir” - Balasanyan
“Azərbaycan bütün təkliflərdən Vaşinqton variantını göstərir” - Balasanyan

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması variantı hazırda Azərbaycan tərəfi üçün faydalıdır”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri ekspert Qriqor Balasanyan bildirib. O, əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyev və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Filip Riker bir müddət əvvəl Bakıda keçirdikləri görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsi üzrə danışıqların aparılması barədə söhbətləşiblər.

"Rikerlə görüşdə Əliyev sülh müqaviləsi məsələsində və regionda sülhün bərqərar olunmasında göstərdiyi səylərə görə dövlət katibi Entoni Blinkenə minnətdarlığını bildirib. Azərbaycan əslində bütün təkliflərdən Vaşinqton variantını göstərir. Vaşinqton variantı və bunu danışıqlar üçün əsas götürən Azərbaycan Rusiya və Qərb arasındakı ziddiyyətlər üzərində oynamağa çalışır”,- deyə Ermənistan eksperti qeyd edib.

Balasanyanın sözlərinə görə, “Dağlıq Qarabağ” münaqişəsinin yaxın gələcəkdə həll olunmalı olması problemin mövcud olduğunu və hələ də həll olunmadığını göstərir. Ekspertin fikrincə, Azərbaycan Aİ-də tonu müəyyən edən və Avropa ölkələrindən biri olan Fransa ilə münasibətlərin kəskinləşməsinə gedib.

“Yalnız Vaşinqtonda payın olması sülh müqaviləsinin Bakı üçün faydalı variantının imzalanmasına gətirib çıxarmayacaq”,- deyə o bildirib.

Xatırladaq ki, noyabrın 8 də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü baş tutub.

Mümkün sülh müqaviləsinin ayrı-ayrı komponentləri üzrə fikir mübadiləsi aparılıb və həllini gözləyən bir sıra məsələlər qeyd olunub. Tərəflər oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilən görüşlərdə Azərbaycan və Ermənistan liderlərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »