Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gültəkin Hacıbəylinin məhkəmə prosesi dekabrın 8-də olacaq
Gültəkin Hacıbəylinin məhkəmə prosesi dekabrın 8-də olacaq

Gültəkin Hacıbəyli Nəsimi Rayon Polis İdarəsindən Nəsimi Rayon Məhkəməsinə aparılıb və oradan da sərbəst buraxılıb. G.Hacıbəylinin barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə vəkil Bəhruz Bayramov deyib.

O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb: “Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”, - deyə vəkil qeyd edib.

Bəhruz Bayramovun sözlərinə görə, ittiham üzrə məhkəməyə getmədiyi üçün Gültəkin Hacıbəyli barəsində axtarış elan edilib: “Gültəkin xanım Avropada olduğundan bu çağırışlar ona çatmayıb. Ümumiyyətlə, məhkəməyə verilməsindən xəbərsiz olub. Ona görə də hava limanında saxlayıblar. İcraat təzələndi, hazırda iş davam edir. Dekabrın 8-də məhkəmə prosesi olacaq”, - deyə vəkil bildirib.

"Dostlar, azadlıqdayam. Diqqətinizə görə minnətdaram. Mənə ölkədə olmadığım, məlumatım olmadığı, xəbərdar edilmədiyim, sms xəbərdarlıq almadığım halda barəmdə xüsusi ittiham qaydasında cinayət işi açılıb. "Facebook" sosial şəbəkəsində bir nəfərin statusunua yazdığım şərhə görə, özü də status bir neçə gündən sonra silindiyi halda. Yəni, artıq o status silinib və mənim şərhim də mövcud deyil", - deyə Gültəkin Hacıbəyli sosial şəbəkə hesabından paylaşım edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »