Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sülhməramlılar separatçılara silah-sursat daşınmasına kömək edirlər" - Deputat
"Sülhməramlılar separatçılara silah-sursat daşınmasına kömək edirlər" - Deputat

Son zamanlar Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatında yer adları Azərbaycan dilində deyil, işğaldan azad edilməmişdən öncə verilən adlarla qeyd edilir. Məsələn məlumatlarda Ağdərə və Xocavənd “Mardakert” və "Martuni" kimi, Qarabağ iqtisadi rayonu "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilir. Yer adlarının bu şəkildə verilməsi təbii ki, Azərbaycan tərəfinin maraqlarına toxunur və aqresiya yaradır.

Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində sülhməramlı qüvvələr bunu qəsdən edir. Sadəcə olaraq, qızışdırıcı bir mövqedən çıxış edirlər.

Arzu Nağıyev Arzu Nağıyev

“Öz saytlarında, eyni zamanda Müdafiə Nazirliyinin saytında, Azərbaycanın toponimlərini, yer adlarını bildikləri kimi, o vaxt necə idisə elə verirlər. Sorğuda da cavab verirlər ki, guya Müdafiə Nazirliyinin hansısa xəritəsinə istinad edirlər. Bunlar hamısı absurd məsələlərdir. Onlar unudurlar ki, bu bir idealogiyadır. Hər dəfə bu məsələlərə qayıdanda qıcıqlandırıcı reaksiya yaranır, bunlar heç də onların özlərinə və gördükləri işə ziyandan başqa heç nə gətirmir. Sadəcə olaraq, Ermənistanyönlü olduqlarını bir daha ortaya qoyurlar”,- deyə deputat bildirib.

Deputat qeyd edir ki, bu, sülhməramlıların həyata keçridikləri ilk belə addım deyil. Eyni zamanda seperatçı rejimə silah-sursat, texnikanın daşınmasında da müşayətedici rol oynayırlar.

“Onlar unutmamalıdırlar ki, məhz mandata uyğun hərəkət etməlidirlər. Mandat əsasən münaqişə tərəflərinin arasında durmaqdır. Silahlı toqquşmaların qarşısını almaqdır. Ancaq təəssüf ki, onlar nə öz nizamnamələrinə uyğun, nə də BMT-nin mandatına uyğun öz funksiyalarını həyata keçirmirlər”,- deyə deputat bildirir.

Arzu Nağıyev qeyd edib ki, hazırda küçə və yer adlaının dəyişdirilməsi ilə bağlı addımlar atılır. “Allah şəhidlərimizə rəhmət etsin. Son müharibədə də, Qarabağ müharibəsində də ümumiyyətlə qəhrəmanlıq göstərmiş hər bir şəxsin adına küçələrin verilməsi davam edir və bu istiqamaətdə də addımlar atılacaq. Yəni rayon və sair adların dəyişdirilməsi istiqamətində də proses gedir. Demək olar ki, bu istiqamətdə ciddi bir problemimiz yoxdur”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »