Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç və Finlandiya Türkiyənin yekun qərarını gözləyir
İsveç və Finlandiya Türkiyənin yekun qərarını gözləyir

İsveç xarici işlər naziri Tobias Billström Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra ölkəsinin 2023-cü ildə NATO üzvlüyünü başa çatdıracağını təsdiqləyə bilməsə də, irəliləyiş olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə isveçli nazir çərşənbə günü Buxarestdə NATO nazirlərinin iclasının ikinci sessiyasına gələrkən deyib.

Jurnalistlər ondan ölkəsinin 2023-cü ildə NATO-ya üzv ola biləcəyini soruşduqda nazir: “Mən konkret vaxt çərçivəsi təyin etmək istəmirəm. Üçtərəfli memorandumun - İsveç və Finlandiya tərəfindən Ankaranın onların NATO-ya daxil olma prosesinə dəstək verməsi ilə bağlı Türkiyənin tələblər paketinin bütün şərtləri yerinə yetirilən kimi biz Türkiyə parlamenti tərəfindən Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiya olacağını görəcəyik”,- deyib.

“Əslində, Türkiyə, Finlandiya və İsveç arasında çox yaxşı görüşümüz oldu. Mən hiss edirəm ki, irəliləyiş var, biz üçtərəfli memorandumun icrasına doğru irəliləyirik. Onu da əlavə etmək istəyirəm ki, həmkarım Mevlüt Çavuşoğlu ilə görüşmək üçün Ankaraya səfər etməyi planlaşdırıram”,- deyə o əlavə edib.

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hazırda alyansın 30 ölkəsindən yalnız ikisi - Macarıstan və Türkiyə, İsveçlə Finlandiyanın NATO-ya daxil olması haqqında protokolu ratifikasiya etməyib.

Ankara Stokholm və Helsinkidən ratifikasiya müqabilində Türkiyəyə qarşı terror fəaliyyətində iştirak edən terrorçuları, həmçinin 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən şəxsləri, o cümlədən əvvəllər NATO beynəlxalq strukturlarında çalışmış, Finlandiya və İsveçdən sığınacaq almış keçmiş Türkiyə hərbçilərini ekstradisiya etməyi tələb edib. Türkiyə prezidentinin bir qədər əvvəl dediyi kimi, İsveç “terror fəaliyyətində iştirak edən 70-dən çox şəxsi” ekstradisiya edəcəyinə söz verib.

Ankara həmçinin Türkiyənin terrorçu təşkilat olan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan subyektlərə qadağa qoyulmasını tələb edib. Türkiyə həmçinin 2019-cu ildə tətbiq edilən hərbi texnikanın ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.

Qeyd edək ki, iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Finlandiya prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Türkiyənin bütün tələblərini təsbit edən memorandum imzalanıb, bu tələblər yerinə yetirildikdən sonra Stokholm və Helsinki NATO-ya üzv ola biləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »