Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanı mühakimə edəcək səlahiyyətləri olan məhkəmə yaradılmalıdır - Zelenskaya
Rusiyanı mühakimə edəcək səlahiyyətləri olan məhkəmə yaradılmalıdır - Zelenskaya

Ukrayna prezidentinin həyat yoldaşı Olena Zelenska Britaniya parlamentinin deputatları qarşısında çıxış edərək Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanları qınamalı olan xüsusi tribunal təşkil etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, Ukraynanın birinci xanımı Britaniya parlamentindəki çıxışında Rusiya hərbçilərinin işğal zamanı törətdiyi çoxsaylı hərbi cinayətlərdən, o cümlədən - zorlamalar, mülki obyektlərə və mülki şəxslərə vurulan raket və mərmi zərbələri haqqında danışıb.

Zelenskayanın deyib: "Bütün bu ukraynalılara qarşı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri - bir ilkin cinayətdən - Rusiyanın Ukraynaya təcavüzü cinayətindən yaranıb".

O, xatırladıb ki, 1942-ci ildə Londonda nasistlərin işğalı altında olan ölkələrin sürgündəki hökumətləri Nürnberq tribunallarının əsası olan Hərbi Cinayətlərin Cəzalandırılması haqqında Bəyannaməni imzalayıblar. "Ukrayna, Avropa və dünyanın indi məhz belə ədalətə ehtiyacı var. Və onun əsasları yenidən Londonda qoyula bilər", - Zelenska deyib.

“Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə Beynəlxalq Cinayət Məhkəməsinin işini gücləndirəcək, onu zəiflətməyən xüsusi tribunal lazımdır. Yüksək siyasi və hərbi səviyyədə müharibə və terror cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını cəzalandıracaq səlahiyyətə malik məhkəmə lazımdır”, – deyə Ukrayna prezidentinin xanımı deputatlara müraciətində deyib.

Rusiya hakimiyyəti dəfələrlə müharibə cinayətləri ilə bağlı iddiaları təkzib edib. Əksinə çoxsaylı sübutlara, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qeydə alınan faktlara baxmayaraq, Moskva yalnız hərbi hədəflərə zərbələr endirdiyini iddia etməkdə davam edir.

Sentyabrda Aİ-in Çexiyanın sədrliyi ilə keçən içlasında Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi iddia edilən hərbi cinayətləri araşdırmaq üçün beynəlxalq tribunal yaratmağa çağırıb. Bu, Ukrayna ordusunun Xarkov vilayətinin İzyum şəhərini Rusiya işğalından azad etməsindən və onun yanında öldürülən və işgəncələrə məruz qalan yüzlərlə insan məzarını aşkar etdikdən sonra edilib. Yerli hakimiyyət orqanları hərbi cinayətlərə dair sübutlar barədə məlumat veriblər.

İkinci Dünya Müharibəsindən sonra nasist müharibə cinayətkarlarının Nürnberq məhkəmələri nümunəsi əsasında tribunalın yaradılması mart ayında Britaniyanın keçmiş baş nazirləri Qordon Braun və Con Meycor, eləcə də bir sıra digər siyasətçilər, elm adamları və hüquqşünaslar tərəfindən təkidlə irəli sürülüb. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi də Rusiya hakimiyyətinə və ola bilsin ki, prezident Vladimir Putinə qarşı öz istintaqını aparır.

Bundan əvvəl Olena Zelenskaya Böyük Britaniyanın baş nazirinin həyat yoldaşı Ashkata Murti ilə görüşüb.

Çərşənbə axşamı BBC Radio 4-ə müsahibəsində Zelenska deyib ki, müharibə indi təkcə Ukraynanın azadlığı uğrunda deyil, həm də dünyagörüşlərinin qarşıdurması səbəbindəndir. O, insanların müharibədən yorulduğunu etiraf edib, lakin ingilislərdən bayram mövsümündə Ukraynanı unutmamağı xahiş edib. “Ümid edirik ki, yaxınlaşan Milad bayramları sizə Ukrayna xalqının faciəli həyat şəraitini unutdurmayacaq və əziyyətimizlə barışmağa məcbur etməyəcək”, - o deyib.

Vladimir Zelenski Rusiya işğalı başlayandan bəri Ukraynanı tərk etmədiyi üçün birinci xanım birdən-birə öz üzərinə adi haldan daha çox məsuliyyət götürməli oldu. Olena Zelenska tez-tez müxtəlif beynəlxalq məkanlarda, o cümlədən ABŞ Konqresinin deputatları qarşısında çıxış edir, böyük Qərb ölkələrinin liderləri ilə görüşlər keçirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »