Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Papanın açıqlaması Kadırovu özündən çıxardı: "Buna cavab verə bilməyəcək"
Papanın açıqlaması Kadırovu özündən çıxardı: "Buna cavab verə bilməyəcək"

Çeçenistanın rəhbəri Ramzan Kadırov hesab edir ki, Roma Papası Fransisk təbliğatın və xarici medianın inadının qurbanı olub, buna görə də o, Buryatiya və Çeçenistandan gələnlərin qəddarlığından danışıb.

Bizimyol.info xəbər verir ki, Papa Amerika mediasına müsahibəsində Buryatiya və Çeçenistandan qoşulan əsgərlərin  “Ukraynadakı Rusiya qoşunlarının ən qəddar hissəsi” adlandırıb.

“Rəqibin döyüş meydanında şən, küskün, sentimental və ya qəddar olduğunu necə müəyyən etmək olar? Ölkəmizdə 190-dan çox xalq yaşayırsa, birləşmiş dəstədə bir Rusiya əsgərinin milliyyətini necə müəyyənləşdirmək olar? Vatikanın rəhbəri, təbii ki, buna cavab verə bilməyəcək. Sadəcə olaraq, o, xarici medianın təbliğatının və əzmkarlığının qurbanı olub”,- Kadırov Telegram kanalında yazıb.

Çeçenistan rəhbəri qeyd edib ki, dünya şöhrətli dini şəxsiyyət müsəlmanların düşmənə münasibətindən xəbərsiz olduğuna görə utanmalıdır. Onun sözlərinə görə, onların məhbuslara münasibəti, qəddar olub-olmaması barədə Ukrayna hərbçiləri Papaya deyə bilər.

Roma Papası Fransisk Roma Papası Fransisk

Kadırov qeyd edib ki, Çeçenistandan olan döyüşçülər arasında alkoqol və narkotik aludəçisi yoxdur. O əlavə edib ki, onların hər biri bilir ki, müharibədə şərəfi, ləyaqəti, hətta düşmənə belə hörməti unutmaq olmaz.

Qeyd edək ki, Roma Papası Fransisk Amerika jurnalına müsahibəsində deyib: “Ukraynadan danışanda şəhid olan insanlardan danışıram. Şəhid olan insanlar varsa, onlara işgəncə verən var. Mən Ukraynadan danışanda vəhşilikdən danışıram, çünki gətirilən qoşunların vəhşiliyi ilə bağlı çoxlu məlumatım var. Bir qayda olaraq, ən qəddar hissə bəlkə də Rusiyadan olan, amma Rusiya ənənələrinə əməl etməyən Çeçenistan və Buryatiya sakinləridir".

Qeyd edək ki, Kadırovun söylədiklərindən fərqli olaraq, Çeçenitan və Buryatiyadan gələnlər öz alaylarını yaradaraq döyüşürlər və o üzdən də onları Rusiya qoşunlarının arasında fərqləndirmək çətin deyil.

Bu arada o da vurğulanmalıdır ki, onlar məhz Rusiya ənənələrinə əməl edirlər və Papa bu açıqlaması ilə həqiqətən də onların dini inancını hədəfə alıb. Çünki onların qəddarlığı elə  Rusiyanın müharibələr tarixindən süzülüb gəlir - bu, məhz Rusiya üslubunda müharibədir, Çeçenistan və ya Buryatiya üslubunda deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »