Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakı Tehrandan çəkinmir və oradakı azərbaycanlılar üçün əlindən gələni edəcək” - Markedonov
“Bakı Tehrandan çəkinmir və oradakı azərbaycanlılar üçün əlindən gələni edəcək” - Markedonov

MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov Azərbaycan prezidenti İlham Əliyevin sərt bəyanatlarına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Markedonov açıqlaması zamanı Prezident İlham Əliyevin noyabrın 25-dəki “Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır, çünki nə ABŞ, nə də Rusiya heç vaxt rəsmi olaraq tərəf tutmayıb",- çıxışını xatırladıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti hər hansı siyasətçiyə və hər hansı dövlətə, onların hərəkətlərində və bəyanatlarında ölkəsinin milli maraqlarına meydan oxuduğunu görsə, ona kəskin cavab vermək şansını əldən vermir.

Qonşu İranla münasibətlərin dinamikasına münasibət bildirən Markedov bildirib ki, Bakı Tehrandan çəkinmir və o, “Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlindən gələni edəcək”.

"Lakin Əliyevin Fransanın hərəkətləri ilə bağlı açıqlamasını xüsusi qeyd etmək lazımdır. Fakt budur ki, dekabrın 7-də Brüsseldə sammit keçirilməli idi və orada müzakirələr Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə davam etdirilməli idi”,- deyə Markedonov yazıb.

Bu arada o qeyd edib ki, hələ noyabrın 25-də Azərbaycan liderinin bəyanatından əvvəl ekspert birliyində Bakı ilə İrəvan arasında münaqişənin Yeni il bayramına qədər tamamilə həll olunacağına əsaslı şübhələr səslənirdi.

“Amma Brüsseldəki görüşün rədd edilməsi skeptiklərin mövqeyini gücləndirəcək kimi görünür. Lakin Əliyevin çıxışını yalnız onun danışıqlara getmək istəməməsi kimi şərh etmək düzgün olmazdı. Üstəlik, Azərbaycan liderinin təşəbbüsü böyük ölçüdə Nikol Paşinyanın təklifinə cavab idi. Ermənistanın baş naziri "vahid Avropa"nın paytaxtında üçtərəfli deyil, dördtərəfli formatda - Makronun onun iştirakı ilə sammitin keçirilməsini təklif edib”, -deyə Markedonov bidirib.

O xatırladıb ki, Bakı “Brüssel formatı”nda Fransa prezidentinin iştirakının olmamasını təklif edir. “Eyni zamanda, şəxsən Əliyev və bütövlükdə onun diplomatik komandası Parisin birtərəfli simpatiyasını qəbul etmir. 2022-ci ilin noyabrına qədər Makron və digər fransız siyasətçilərin dilindən kifayət qədər düşmən bəyanatlar olub. Amma ən azı son bir ay yarımda baş verənlərə nəzər salsanız, Fransa Senatının Azərbaycanı pisləyən qətnaməsini, ruhu ilə oxşar olan Frankofoniya sammitinin bəyanatını xatırlamaq olar”, - Markedonov qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »