Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan İsrailə hədə: Vurulacaq hədəflərin siyahısını açıqladılar
İrandan İsrailə hədə: Vurulacaq hədəflərin siyahısını açıqladılar

SEPAH-a yaxın İran mediası gələcək müharibədə hədəfə çevrilə biləcək İsrailin “həssas” obyektlərinin siyahısını təqdim edib.

Bizimyol.info xəbər verir ki, “Tasnim”in məlumatına görə, hədəflərin siyahısını “Əl-Mayadeen” nəşri təqdim edib.

İranın açıqladığı - İsraildə vurulacaq əsas hədəflər siyahısına Knesset, Baş Nazirin Aparatı, Müdafiə Nazirliyi və bir sıra digər dövlət obyektləri daxil idi. Həmçinin Hayfadakı Rafael Advanced "Defense Systems" binası və Rehovotdakı "Veizmann" Elm İnstitutu da nəzərdə tutulan obyektlər arasındadır. Digər strateji hədəf kimi Hayfadakı "Technion" binası göstərilir.

İran Ben Qurion və Ramon kimi hava limanlarını, hərbi və kəşfiyyat bazalarını potensial zərbə nöqtəsi hesab edir.

Tehranın fikrincə, bu obyektlər İsrail üçün mülki və hərbi tədqiqatlar, eləcə də hərbi-sənaye kompleksi baxımından əhəmiyyətlidir.

Xatırladaq ki, daha öncə İsrail mətbuatı ölkənin İranla müharibəyə hazırlaşdığı barədə yazmışdı. Bildirilir ki, İsrail İranla müharibə ehtimalını nəzərə alaraq gələn il üçün dövlət büdcəsində hərbi xərcləri əhəmiyyətli dərəcədə artıra bilər. İsrail İranın nüvə silahı əldə etməsinə qarşı xüsusi proqram həyata keçirir və bu proqram çərçivəsində əhəmiyyətli məbləğlər xərclənir. Gələn ilin büdcəsində bu məbləğin də artırılması gözlənilir.

Böyük ehtimalla, İran mətbuatı məhz İsrail mətbuatında yayılmış bu məlumatlara cavab olaraq belə bir məqalə ilə çıxış edib. Halbuki İsrail uzun illərdir İranın mümkün zərbələrinə qarşı tədbirlər görür və yuxarıda sadalanan obyektlərin vurulması mətbuatın yazdığı qədər də asan məsələ deyil. İrandan fərqli olaraq İsrailin hava hücumundan müdafiə sistemi "dəmir qübbə" adlanan tam qapanma üsuluna söykənir. Başqa sözlə, havadan İsrail ərazisinə zərbələr endirmək İran üçün praktik olaraq qeyri-mümkündür. Amma İsrail dəfələrlə İranın nüvə obyektlərinə rahatlıqla zərbələr endirib və yerli mətbuatın yazmasından belə bəlli olur ki, gələn il də bu tədbirlərini davam etdirmək niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »