Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Turizm Sammiti 2022” keçiriləcək
“Azərbaycan Turizm Sammiti 2022” keçiriləcək

Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.

Bizimyol.info agentliyə istinadən xəbər verir ki, tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.

Tədbirdə iştirak etmək üçün 4 dekabr saat 18:00-dək buradakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Son xəbərlər
Bütün xəbərlər »