Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə müharibəyə son qoymağa çalışır: Ərdoğan Əsədlə nə vaxt görüşəcək?
Türkiyə müharibəyə son qoymağa çalışır: Ərdoğan Əsədlə nə vaxt görüşəcək?

"Türkiyə Suriyada 11 ildir davam edən vətəndaş müharibəsinə son qoymağı hədəfləyir".

Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi verdiyi açıqlama zamanı deyib.

“Məqsədimiz Suriyada vətəndaş müharibəsinə son qoymaq və konstitusiya layihəsinin hazırlanması da daxil olmaqla siyasi prosesi canlandırmaqdır”, - Çavuşoğlu jurnalistlərə Ankara ilə Dəməşq arasında münasibətlərin mümkün normallaşması ilə bağlı sualı cavablandırarkən deyib.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İslam ölkələrini Suriyada siyasi nizamlanmaya dəstək vermək və onun ərazisindən çıxan terror təhlükəsini aradan qaldırmaq üçün daha fəal səy göstərməyə çağırıb.

“10 ildən artıqdır ki, İslam dünyasını narahat edən problemlərdən biri də Suriyadakı münaqişədir. Türkiyə öz ərazisində 3,5 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir, münaqişənin Suriya sərhədləri daxilində həlli üçün səylər göstərir və İslam ölkələrini bu ölkədə siyasi həll istiqamətində səylərə daha fəal dəstək göstərməyə çağırır”, - deyə Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin iclasında bildirib.

Türkiyə prezidenti bəzi Qərb ölkələrinin terrorçu Kürdüstan Fəhlə Partiyasına (PKK) və onun Suriya qanadına (“Xalq Özünümüdafiə Qüvvələri”) dəstək verən “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə bəhanəsi ilə hərəkətlərini tənqid edib. “Ölkəmizə, həmçinin Suriya və İraqın ərazi bütövlüyünə təhlükə yaradan terror təşkilatını - PKK-nı məhv etmək əzmindəyik”, - deyə o vurğulayıb.

Avqustun 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən danışıqlardan sonra Türkiyə mediası Ankaranın Türkiyə və Suriya rəhbərliyi arasında birbaşa təmasların qurulması imkanlarını müzakirə etdiyini yazıb. Bununla bağlı Türkiyə hakimiyyəti bəyan edib ki, belə danışıqlar hələlik planlaşdırılmayıb və Ankara ilə Dəməşq arasında əlaqələr yalnız xüsusi xidmət orqanları vasitəsilə həyata keçirilir.

Ərdoğan Suriya prezidenti ilə şəxsi görüşün "vaxtı olanda" baş tutacağını, çox güman ki, seçkilərdən sonra olacağını bildirib. Ərdoğanla Əsəd 2011-ci ildən danışmır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »