Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Putinin onu öldürtdürəcəyindən qorxur: Yaxın ətrafını dəyişdirib
Lukaşenko Putinin onu öldürtdürəcəyindən qorxur: Yaxın ətrafını dəyişdirib

Belarus Prezidenti Aleksandr Lukaşenko cəbhədə müttəfiqinin vəziyyətinin yaxşı olmadığını başa düşür. Müstəqil jurnalistlər bu haqda çox yazır. Müharibənin əvvəllərində Lukaşenko Rusiyanın uğuruna çox inanırdı. Əvvəlki illərin təcrübəsi, seçkidən sonra özünün hakimiyyəti qoruya bilməsi nikbinliyə əsas vermişdi. Amma Ukrayna müharibəsi başqa həqiqəti ortaya qoydu. Rusiya çökməkdədir. Lukaşenko buna görə çox narahatdır. O, bir neçə gün əvvəlki açıqlamasında da bunu gizlətməmişdi. “Batka” Rusiyanın məhv olacağı halda hamının dağıntılar altında qalacağını bildirmişdi.

Bizimyol.info xəbər verir ki, Rusiya və Ukraynanın “Telegram” kanalları Lukaşenkonun aşpazları, qulluqçuları və mühafizəçiləri dəyişdirməyi əmr etdiyini yazır. Dövlət başçısının övladlarının və nəvələrinin mühafizəsinin də gücləndirildiyi bildirilir. Əlbəttə, ortada rəsmi məlumat yoxdur. Minsk yazılanlara reaksiya da verməyəcək. Amma belə görünür ki, Lukaşenko özünün və yaxınlarının həyatına təhlükə hiss edir. O, zəhərlənə biləcəyi ehtimalını da nəzərə alır. Məhz buna görə aşpaz heyəti tam dəyişdirilib.

Belə vəziyyətin yaranmasında Belarusun Xarici İşlər Naziri Vladimir Makeyin ölümü birbaşa rol oynayıb. İş orasındadır ki, Lukaşenko naziri istefaya göndərməyə hazırlaşırmış. Qərb mətbuatının Kremlin “Batka”nı fiziki məhv etmək istədiyini yazması onu böyük narahatlıq içində qoyub. Lukaşenko öldürülə biləcəyini hesab edir.

Tanınmış rusiyalı politoloq Andrey Piontkovski Makeyi Moskvanın sıradan çıxardığına əmindir. O, 1948-ci ildə Çexoslovakiyadakı hadisələri xatırladıb. Onda SSRİ-nin rəhbəri bu ölkəni tam ram etmək haqqında düşünürdü. Qəfildən Xarici İşlər Naziri Yan Masarik qətlə yetirildi. Naziri pəncərədən aşağı atmışdılar. Makey isə başqa cür həyatını itirib. Rəsmi açıqlamada yer almasa da, Belarusun Xarici İşlər Nazirinin zəhərləndiyi sirr deyil.

Lukaşenko müharibəyə fəal qoşulmamağın cəzasını çəkə biləcəyini düşünür. Vladimir Putin müharibənin ilk günlərindən Belarus ordusunun Ukraynaya birbaşa hücumunu təşkil etməyə çalışır. Lukaşenko hər dəfə vaxt itirməyə cəhd göstərir. Görünür, Putin nəyə qadir olduğunu bir daha ortaya qoymaq qərarına gəlib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »