Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən ABŞ və Rusiyaya cavab: "Heç kimdən icazə istəmirik"
Türkiyədən ABŞ və Rusiyaya cavab: "Heç kimdən icazə istəmirik"

"Türkiyə terror aktlarına təşkil edənlərə qarşı Suriyada əməliyyat keçirmək üçün heç kimdən icazə istəməyəcək".

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

“Türkiyə ölkənin milli təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirəcəyi təqdirdə heç kimdən icazə istəməyəcək. Hücum və ya terror aktı da daxil olmaqla təhlükə yarandıqda Türkiyə bütün NATO müttəfiqləri ilə vəziyyəti müzakirə edir. Biz tərəfdaşlarımızdan müştərək addımlar gözləyirik və belə addımlar olmadığı halda, artıq prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, problemi öz gücümüzlə həll etməyə hazırıq”,- deyə o bildirib.

“Terrormuluqla mübarizənin müasir konsepsiyası təhlükəli virusun ilkin aşkar edildiyi zaman məhv edilməsini nəzərdə tutur”,- Ərdoğanın nümayəndəsi bildirib. “Bu ölkələr özlərinə qarşı ən kiçik hədə-qorxu halında heç düşünmədən öz sərhədlərindən on minlərlə kilometr uzaqda yerləşən ərazilərə zərbələr endirirlər, eyni zamanda Ankaranın birbaşa Türkiyə sərhədlərindəki əməliyyatlarından hiddətlənirlər. Bu cür tənqid yuxarıda qeyd olunan dövlətlərin mövqeyində açıq-aşkar ziddiyyətin olduğunun göstəricisidir”,- deyə o əlavə edib.

İbrahim Kalın İbrahim Kalın

Noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın sərhəd bölgələrində 50-dən çox təyyarə və 20 pilotsuz təyyarənin iştirakı ilə əməliyyat keçirib. Əməliyyat yer və havadan artilleriya dəstəyi ilə təmin edilib.

Zərbələr Türkiyədə terror hadisələri törədən Kürdüstan Fəhlə Partiyası və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin gizləndikləri məkanlar endirilib.

R.T.Ərdoğan bu həftənin əvvəlində Suriyanın şimalında bir neçə bölgədə quru əməliyyatı keçirməyi planlaşdırdığını açıqlayıb.

Bu əməliyyatlarla bağlı bir sıra ölkələr, o cümlədən ABŞ və Rusiya "narahatlıq" ifadə edib və hərbi əməliyyatların dayandırılmasına çağırıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »