Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sahibkarların maliyyə imkanlarına çıxışın genişləndirilməsi, qlobal və milli səviyyədə prioritet olmalıdır"
"Sahibkarların maliyyə imkanlarına çıxışın genişləndirilməsi, qlobal və milli səviyyədə prioritet olmalıdır"

“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da III Maliyyə və İnvestisiya Forumu baş tutub. 3 paneldən ibarət olan tədbirdə düzgün investitsiya qoyuluşu və maliyyə məsələləri ilə bağlı müzakirələr aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov bildirib ki, sahibkarların maliyyə imkanlarına çıxışın genişləndirilməsi, qlobal və milli səviyyədə prioritet kimi qəbul edilməlidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov

“Yaranmış yeni iqtisadi reallıqlara çevik reaskiya verilməsi üçün belə müzakirələrin təşkili vacibdir. Dövlət-özəl əməkdaşlığı sahəsində layihələrin uğurla həyata keçirilməsi nəticəsində sosial yönümlü bir sıra çətinliklər aradan qaldırıla bilər. Forumun əsas məqsədi də maliyyə savadlılığının artırılması, dövlət və biznes subyektləri arasında əlaqələrin inkişafına töhfə verməkdir” - deyə Orxan Məmmədov qeyd edib.

III Maliyyə və İnvestisiya Forumunun təşkilatçısı Emin İsmayılov bildirib ki, bəzən azərbaycanlı sahibkarların yaxşı ideyaları olur. Amma bu yaxşı ideyaları həyata keçirmək üçün, xüsusilə də kiçik və orta sahibkarların maliyyə resursları və yaxşı maliyyəçilərinin olmaması, özlərinin maliyyə savadının aşağı olması, onların layihələrinin həyata keçirilə bilməməsi, bəzən də keçirilib, düzgün biznes-plan tərtib etməmələri uğursuzluqlara səbəb olur.

III Maliyyə və İnvestisiya Forumunun təşkilatçısı Emin İsmayılov III Maliyyə və İnvestisiya Forumunun təşkilatçısı Emin İsmayılov

“Bu tədbirin əhəmiyyəti həm də ondan ibarətdir ki, burada kobi dediklərimizin biznes proseslərinin optimallaşdırılması, onlara dəstək olunması, biznes planlarının düzgün yazılması və maliyyə alətlərinin düzgün istifadəsi haqqında danışırıq” - deyə Emin İsmayılov qeyd edib.

Xatırladaq ki, “Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan forum 3 panel və 14 spikerin iştirakı ilə öz işini uğurla yekunlaşdırıb.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı III Maliyyə və İnvestisiya Forumunun rəsmi media tərəfdaşıdır.

Son xəbərlər
Bütün xəbərlər »