Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq bildirib ki, Ukraynanı dəhşətli qış gözləyir
Stoltenberq bildirib ki, Ukraynanı dəhşətli qış gözləyir

"Ukraynanı dəhşətli qış gözləyir, bu dövr Amerika və Avropa üçün də çətin olacaq, lakin Rusiya öz məqsədlərinə çatarsa, NATO daha böyük bədəl ödəməli ola bilər".

Bizimyol.info xəbər verir ki, bunu cümə günü NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 29-30-da Buxarestdə xarici işlər nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

“Ukraynanı dəhşətli qış gözləyir. Bu, hərçənd Amerika və Avropa üçün də çətin dövr olacaq. Biz bu çətinliklə birlikdə mübarizə aparmalıyıq. Çünki Rusiya qalib gələrsə, biz bundan da böyük bədəl ödəməli olacağıq. Buna görə də, NATO Ukraynaya dəstəyi artırmaqda davam etmək niyyətindədir. Biz geri çəkilməyəcəyik. Sona qədər Kiyevə dəstək vermək niyyətindəyik”, - Stoltenberq bildirib.

Yens Stoltenberq alyansın Ukraynaya etdiyi hərbi yardımlara da diqqət çəkib. O deyib ki, NATO personalı Qərbin texnikasına xidmət etmək üçün Ukraynaya göndərilmir, alyans öz ərazisində ukraynalılara təlim keçir, ona görə də NATO özünü münaqişə tərəfi hesab etmir.

“NATO ölkələri artıq Ukraynaya bir sıra qabaqcıl sistemlər, məsələn, "HIMARS" raket buraxılış sistemləri və elə digər silahların istifadəsi ilə bağlı təlimlər keçirib. Təlimlər qadağan edən heç vir akt, qərar nəzərdə tutulmadığından bu və ya digər təkmil artilleriya sistemlərindən istifadə etmək üçün mütəxəssislərə ehtiyac yarandıqda, ukraynalılar NATO ölkələrində təlim keçirlər. NATO personalı Ukrayna daxilində heç bir iş görmür. Ona görə də bu, NATO-nun münaqişənin tərəfi olmadığını təsdiqləyir. Bizim Ukraynada qüvvəmiz və ya qoşunumuz yoxdur, lakin alyans Ukraynanı tam dəstəkləyir”, - deyə o bildirib.

QadirŞ Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »