Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Horadiz şəhərində vətəndaşları qəbul edib
DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Horadiz şəhərində vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Bizimyol.info DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, noyabrın 25-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov qəbuldan öncə Horadiz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »