Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə yaxın adamdan hədələyici açıqlama: "Davam etdirəcəyik"
Putinə yaxın adamdan hədələyici açıqlama: "Davam etdirəcəyik"

Rusiyanın Ukrayna elektrik stansiyalarına raket hücumları böyük insan tələfatına səbəb olmaqda davam edir. Qış aylarında işıqsız qalan Ukrayna xalqı istilik və sığınacaq kimi bir çox həyati fəaliyyətini davam etdirə bilmir. Bütün bunlar davam edərkən Putinə yaxın olan bir addan qorxulu açıqlama gəlib. Açıqlamada hücumların Ukraynanı tamamilə qaranlığa qərq edənə qədər davam edəcəyi mesajı verilib.

Bizimyol.info xəbər verir ki, Ukraynanın işğalından sonra Rusiyanın Kiyev və ətrafına endirdiyi hava zərbələri mühüm məqamları vurur. Duma Assambleyasının sədr müavini Pyotr Tolstoy qışdan əvvəl Rusiyanın Ukrayna elektrik stansiyalarına hücumlarında azalma olmayacağı ilə bağlı açıqlamalar verib.

Putinə yaxınlığı ilə tanınan Tolstoy “Ukraynanın infrastrukturu məhv olacaq və biz Ukraynanı 18-ci əsrə qaytaracağıq” deyib.

ABŞ, Aİ və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan rusiyalı deputat Fransanın BFM telekanalına verdiyi açıqlamada Ukraynanın müttəfiqlərini “bədəl ödəyəkləri” ilə hədələyib.

Qərbin “illərlə davam edəcək müharibəyə hazırlaşması” lazım olduğunu da əlavə edən Tolstoyun Rusiya Müdafiə Nazirliyinin açıqlamaları ilə ziddiyyət təşkil etdiyi də diqqətdən yayınmayıb.

Belə ki, rəsmi Moskva Ukraynanın paytaxtının kritik infrastrukturuna dəyən ziyanın “xarici və Ukrayna” hava hücumundan müdafiə raketləri tərəfindən törədildiyi barədə yalan iddialar irəli sürüb.

Bundan əlavə, Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukrayna “Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə” geri addım atmaqla “əzablara son qoya bilər”.

Uzun müddət Putinin təbliğatçısı olan Peskov, “Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq üçün hər cür imkanı var”,-deyə əlavə edib.

Xatırladaq ki, Moskva Ukraynanın sülh danışıqları başlamazdan əvvəl ölkədən çəkilmək tələbini dəfələrlə rədd edib. Oktyabrın əvvəlindən Rusiya Ukraynanın elektrik şəbəkəsini sıradan çıxarmaq üçün raket hücumları həyata keçirir. İran istehsalı olan dronlarla Ukraynadakı enerji hədəflərinə hücum edən Moskva qış aylarını Ukrayna xalqı üçün kütləvi silaha çevirmək istəyir.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın bombardmanlarını “Müharibə cinayətləri” kimi qiymətləndirərək, “Putin qəsdən və vəhşicəsinə ölkənin mülki infrastrukturunu hədəf alır, qadın, kişi və uşaqları qaranlıqda qoyur” deyə açıqlamalar verib.

Bu arada Ukrayna Ordusu bildirib ki , Rusiya çərşənbə günü Ukraynanın qəsəbə və şəhərlərinə 70-ə qədər qanadlı raket atıb.

Prezident Vladimir Zelenskinin baş müşaviri Mykhailo Podolyak deyib: “Şəhərlərə raket atarkən sülhə çağırmaq şəxsiyyət pozğunluğunun ən yüksək dərəcəsidir”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »