Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: Amerika iranlı etirazçıları dəstəkləməyə davam edəcək
Blinken: Amerika iranlı etirazçıları dəstəkləməyə davam edəcək

ABŞ dövlət katibi İnsan Hüquqları Şurasının faktaraşdırıcı komitənin yaradılması üçün müsbət səs verməsini alqışlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "iranwire" məlumat verib.

Bildirilir ki, Antoni Blinken cümə axşamı 25 Noyabrda bəyanat yayıb və İran hökumətini etirazçıların zorakılıqla güc tətbiq etməklə yatırılmasına son qoymağa, qadınlara və qızlara qarşı zorakılığı dayandırmağa çağırıb.

Blinken bu bəyanatında minlərlə iranlı etirazçının, xüsusilə qadın və uşaqların oldürülməsi, həbs edilməsi, təhlükəsizlik qüvvələrinin noyabrın 19-da Mahabadda da daxil olmaqla dinc nümayişçilərə öldürücü silahlardan istifadə etməsi, jurnalistlərin kütləvi həbsini, ayrıca edamdan istifadə edilməsini xatırladıb və ABŞ-nın iranlı etirazçıları dəstəkləməyə davam edəcəyini dyib.

Bəyanatda deyilir ki, İnsan Haqları Şurasının cümə axşamı keçirilən iclasının nəticəsi bu şuranın üzvlərinin İranda vəziyyətin pisləşdiyini dərk etdiklərinə "şübhə qoymur" və faktaraşdırıcı komitənin missiyasının İranda etirazçılara qarşı repressiv tədbirlərin müəyyən edilməsi və sənədləşdirilməsinə kömək etmək olduğunu bildirir.

Ayrıca, bu bəyanatda İran İslam Respublikasının qadınların insan haqlarının qorunması və təşviqi ilə bağlı beynəlxalq qurumlardan çıxarılmasının əhəmiyyəti, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin son sözləri ilə bağlı səyləri vurğulanıb. Bəyanatda, həmçinin İranın BMT-nin Qadının Statusu Komissiyasından çıxarılması ilə bağlı da qeyd edilir.

Ddövlət katibi açıqlamasının sonunda bunu da əlavə edib ki, Birləşmiş Ştatlar iranlıların Ümumdünya İnsan Haqları Bəyannaməsində təsbit olunmuş insan hüquqları və əsas azadlıqlardan istifadə etmələrini səbirsizliklə gözləyir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »