Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkeldən Putinlə bağlı etiraf: "Gücüm yox idi"
Merkeldən Putinlə bağlı etiraf: "Gücüm yox idi"

Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, son səlahiyyət müddətində Rusiya prezidenti Vladimir Putini Ukraynaya müdaxilə etməməyə razı salmaq üçün gücünün yetmədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Der Spiegel” nəşrinə danışan Merkel, 2021-ci ilin yayında Putin və Fransa prezidenti Emmanuel Makronun da qatılacağı görüşlər təşkil etməyə çalışdığını bildirib.

“Ancaq bunu təmin etmək və ona təsir etmək gücüm yox idi. Axı hamı bilirdi ki, payızda gedəcəyəm”,- deyə Merkel bildirib.

Almaniyada 16 il kansler işlədikdən sonra ötən ilin dekabrında işini tərk edən Merkel Moskvaya səfəri zamanı Rusiya lideri ilə son görüşü barədə bunları deyib: “Təəssüf çox aydın idi ki, Putin üçün yalnız güc vacibdir”.

Merkel bildirib ki, Putini son görüşlərində Rusiya xarici işlər naziri Sergey Lavrov müşayiət edib və bundan əvvəl də həmişə ikitərəfli görüşlər keçiriblər.

Baş nazirlikdən getmək qərarından peşman olmadığını ifadə edən Merkel, hökumətinin o dövrdə Ukrayna, Suriya və Liviya kimi mövzularda irəliləyiş əldə etməkdə çətinlik çəkdiyini hiss etdiyini bildirib.

Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Ukraynaya müdaxilədən sonra vəzifədə olduğu müddətdə Putinlə yaxınlığına görə sərt tənqidlərə məruz qalıb.

Bundan əlavə, müharibədən sonra Almaniyanın siyasəti Rusiya qazından asılı olduğu üçün müəyyən reaksiyalara səbəb olub.

Qeyd edək ki, Sovet İttifaqı dövründə Şərqi Almaniyada KQB agenti vəzifəsində çalışmış Putin alman dilini mükəmməl bilir. Rəhbərliyi dövründə Putinlə tez-tez görüşən Merkel də bir az rusca danışmağı bacarır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »