Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Univermağın soyunub-geyinmə otağında mənə təcavüz etdi"
"Univermağın soyunub-geyinmə otağında mənə təcavüz etdi"

ABŞ yazıçısı E.Jean Carroll iddia edir ki, Tramp 1995-ci ildə Nyu Yorkdakı lüks univermağın soyunub-geyinmə otağında ona cinsi təcavüz edib.

Bizimyol.info xarixi mediaya istinadən xəbər verir ki, ABŞ yazıçısı E.Jean Carroll ABŞ-ın keçmiş prezidenti Donald Trampı təcavüz ittihamı ilə məhkəməyə verib.

Məlumata görə, “Elle” jurnalının keçmiş köşə yazarı olan Carroll iddia edir ki, o, 1995-ci ildə Nyu Yorkdakı lüks univermağın soyunub-geyinmə otağında Tramp tərəfindən cinsi təcavüzə məruz qalıb. Belə ki, müəllif iddia edir ki, hadisə o, mağazada Trampa kömək edərkən baş verib.

Bundan əlavə, 2019-cu ildə ilk dəfə təcavüz iddiası ilə çıxış edən Cerroll hadisədən sonra Trampın gücünə görə polisə getməkdən qorxduğunu bildirib.

E.Jean Carroll, yazıçı E.Jean Carroll

Onu da əlavə edək ki, Donald Tramp Carrrollun ona qarşı ilk dəfə 2019-cu ildə qaldırdığı təcavüz ittihamını rədd edir. Hətta ittihamın gündəmə gəldiyi vaxt ABŞ prezidenti olan Tramp Cerrollu tanımadığını deyərək “onsuz da o, mənim tipim deyil” deyə gülüş doğuran açıqlama verib.

Son olaraq bildirək ki, Nyu-Yorkda qəbul edilən yeni qanun ştatda təcavüz qurbanlarına hadisənin tarixindən asılı olmayaraq məhkəməyə müraciət etməyə icazə verir.

Məlumat üçün bildirək ki, bu iş üzrə ilk məhkəmə iclası fevralın 6-da keçiriləcək.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Trampın Ağ Evdən çıxarkən Floridadakı evinə saxta hesablar düzəltməsi və bəzi məxfi rəsmi sənədləri aparması iddiaları ilə bağlı da araşdırmalar davam edir.

Trampın 6 yanvar 2021- ci ildə ABŞ Konqresinə hücumla əlaqəsi olub-olmadığı da araşdırılır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »