Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Aktauda Qazaxıstan və Türkiyə XİN rəhbərləri ilə görüşəcək
Ceyhun Bayramov Aktauda Qazaxıstan və Türkiyə XİN rəhbərləri ilə görüşəcək

 Xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstanın Aktau şəhərinə gedib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti idarəsi məlumat verib.

Bildirilir ki, 25 noyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.

27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »