Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna üstünlüklərindən yararlanmaq üçün hücumu davam etdirməlidir"
"Ukrayna üstünlüklərindən yararlanmaq üçün hücumu davam etdirməlidir"

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Ukrayna ordusu döyüş meydanındakı üstünlüklərindən yararlanmaq üçün qışda hücumu davam etdirməlidir.

Bizimyol.info xəbər verir ki, Uolles "The Daily Beast"ə dediyi kimi, demək olar ki, hər həftə danışdığı ukraynalı həmkarlarına məhz bu cür məsləhətlər verəcək.

Ben Uolles Ben Uolles

"Ukraynalıların təlimdə, təchizatda və ordunun yüksək keyfiyyəti imkan verir ki, əxlaqı pozulmuş, pis təlim keçmiş və zəif təchiz olunmuş Rusiya ordusuna qarşı üstünlüklərini nəzərə allaraq, qışda sürətli əks- hücumları davam etdirmək Kiyevin marağında olardı", - deyə Britaniyalı nazir qeyd edib.

Uollesin sözlərinə görə, Ukrayna hərbçiləri artıq 300 min dəst qış forması alıblar: "Ukrayna Silahlı Qüvvələrinə beynəlxalq təşkilatlar vasitəsi ilə 300,000 qış döyüş geyim dəstləri çatdırılıb - qış hücumu zamanı bu hərbçi üçün vacib olan tələbatlardan biridir", - deyə o vurğulayıb.

Böyük Britaniya təkmilləşdirilmiş Brimstone 2 dəqiq idarə olunan raketlərini Ukraynaya təhvil verib. Bu raketlərin buraxılış məsafəsi Ukraynanın əvvəllər aldığı birinci nəsil "Brimstone"dan iki dəfə çoxdur.

Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevdə prezident Vladimir Zelenski ilə danışıqlardan sonra ölkəsinin Ukraynaya 120 xüsusi zenit silahı və radar stansiyası bağışlayacağını bildirib. Bundan başqa, noyabrın 14-də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ukraynanın enerji infrastrukturunun bərpası üçün 5 milyon funt sterlinq ayrıldığını açıqlayıb.

Qeyd edək ki, fevralın 24-də prezident Putinin qərarı ilə Rusiya Ukraynaya qarşı müharibə elan edəndən sonra rəsmi London birmənalı olaraq Kiyevin mübarizəsinə sona qədər dəstək verəcəyini bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »