Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda qadınları botoksa görə təyyarəyə buraxmayıblar
Türkmənistanda qadınları botoksa görə təyyarəyə buraxmayıblar

Türkmənistanda müxtəlif sahələrdə qadınların xarici görünüşünə hakimiyyətin nəzarəti nəzərə çarpır. Son aylar botoks, süni kirpik və dırnaqlardan istifadə qadağasının bir qədər yumşaldılması fonunda bu cür kosmetik prosedurlardan istifadə edən qadınların xarici təyyarəyə minməsinə icazə verilmədiyi barədə məlumatlar var. Dubay reysi ilə bağlı məhz belə vəziyyət yaranıb.

Türkmənistanda qadınları botoksa görə Dubay reysinə buraxmayıblar.

Bizimyol.info xəbər verir ki, Orta Asiya ölkəsindəki miqrasiya xidmətinin əməkdaşları zərif cinsin nümayəndələrinə kosmetik müdaxilələrlə bağlı ciddi problem yaradır. Müstəqil jurnalistlər onların bəzisi isə söhbət etməyə imkan tapıb.

Balkan vilayətindən olan 40 yaşlı qadın necə əngəllə qarşılaşdıqlarından danışıb. Məhz onu da Dubay reysindən kənarlaşdırıblar.

“Miqrasiya xidmətinin əmıkdaşları yuxarıdan göstəriş aldıqlarını bildirirlər. Deyirlər ki, dodaqlarınızdan botoks və gözəllik üçün etdiyiniz digər süni şeyləri silməlisiniz. Guya üztanıma proqramı belə, bizi tanımır. Pasportdakı kimi təbii görünməyi tələb edirlər. Əks halda təyyarəyə buraxmırlar”.

Orta Asiya ölkəsindən Dubaya uçuşların bərpası Türkmənistan vətəndaşlarının xaricə səyahət imkanlarını genişləndirib. Çoxları müalicə, iş və ya alış-veriş üçün yola çıxır. Sərnişinlər arasında qadınların çoxluğu xüsusi diqqət çəkir.

Balkan vilayətində getdikcə daha çox qadın işləmək üçün xaricə üz tutur. Jurnalistlərə özünü Myahri kimi təqdim edən qadın son vaxtlar kosmetik prosedurlara görə qadınların beynəlxalq uçuşlara buraxılmadığını və qəfil qadağanın müxtəlif problemlər, o cümlədən maliyyə sıxıntılarına səbəb olduğunu deyib.

“Dubaya uçuş üçün bilet satarkən bu tələblərlə bağlı xəbərdarlıq olunmur. Təyyarə biletində heç bir qeydə rast gəlmirik. Uçuşa cəmi 4 saat qalanda miqrasiya xidmətinin əməkdaşları qadınları nəzərə almağa başlayır və onların təyyarəyə buraxılmayacağını bildirirlər. Birincisi, bunlar böyük maddi itkilərə səbəb olur. İkincisi, psixoloji təzyiqlə üzləşirsən. Hərəkət azadlığı, gender hüquqları hər cür pozulur”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »