Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silahlı Qüvvələrin inkişafının postsovet modeli özünü doğrultmur - Simonyan
Silahlı Qüvvələrin inkişafının postsovet modeli özünü doğrultmur - Simonyan

Ermənistan parlamentinin sədri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında Ermənistan ordusunun yenidən silahlanması məsələsinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində ordunun yenidən silahlanması və yenidən təchiz edilməsi planlarını jurnalistlərə şərh edərkən bildirib ki, silahlı qüvvələrin inkişafının postsovet modeli özünü doğrultmur və Ermənistan bu istiqamətdə lazımi nəticələr çıxarıb.

"Tarix göstərir ki, postsovet məkanında mövcud olan hərbi model artıq özünü doğrultmur. Bunun üçün çoxlu sübutlar var, bu, təkcə Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar zamanı özünü göstərməyib", - deyə Simonyan bildirib.

Erməni siyasətçi vurğulayıb ki, rəsmi İrəvan “KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi” və “Ermənistan Respublikasına yardım üzrə birgə tədbirlər haqqında” layihələri imzalamayıb, çünki struktura verilən siyasi qiymət onu qane etmir.

Onun fikrincə, Təşkilat öz mövqeyinə yenidən baxmalıdır, bu, onun fəaliyyət məntiqindən irəli gəlir.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »