Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyevin 70 faizi işıqsız qalıb, su qismən geri qaytarılıb - Kliçko
Kiyevin 70 faizi işıqsız qalıb, su qismən geri qaytarılıb - Kliçko

“Kiyevin sol sahilində və qismən sağ sahilində su təchizatı bərpa edilib, noyabrın 24-də səhər saatlarında paytaxt sakinlərinin 70%-i işıqsız qalıb”.

Bizimyol.info Ukrayna saytlarına istinadən xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.

““Kiyevvodokanalın energetikləri və mütəxəssisləri” bütün gecəni paytaxtın həyat təminatını bərpa etmək üçün çalışıblar.

Artıq şəhərin sol sahilində suyun verilişi bərpa olunub. Sağ tərəfdə isə səhər saatlarında bərpa etməyi planlaşdırırıq. Lakin paytaxtın 70%-i hələ də işıqsız qalıb”,- deyə Kiyev meri bildirib.

Kliçko qeyd edib ki, energetiklər işığın verilişini mümkün qədər tez bərpa etmək üçün hər cür səy göstərirlər, lakin bu, bütün Ukraynanın enerji sistemində balansın bərpasından asılı olacaq.

Media yazır ki, Kiyevlilər bildirir ki, sağ sahildə artıq qismən işıq və su var, istilik hələ də yoxdur.

Paytaxtda mobil rabitə ilə bağlı problemlər isə hələ də qalmaqdadır.

Qeyd edək ki, noyabrın 23-də Ukraynanın kritik infrastrukturuna oktyabrın 10-dan bəri yeddinci kütləvi hücum edilib. DTEK bildirib ki, bu, Rusiyanın enerji müəssisələrinə son iki ayda 14-cü terror hücumudur.

Bildirilir ki, Kiyevə 31 raket buraxılıb və müdafiəçilər onun 21-ni vura biliblər, lakin buna baxmayaraq, bir neçə mühüm infrastruktur obyekti zədələnib.

Onu da əlavə edək ki, noyabrın 23-də Rusiyanın kütləvi raket hücumu Ukraynada bütün atom elektrik stansiyalarının, istilik və su elektrik stansiyalarının əksəriyyətinin müvəqqəti dayanmasına səbəb olub. Hətta hücum zamanı elektrik ötürücü qurğular da vurulub. Xüsusilə Lvov vilayətində elektrik yarımstansiyası zədələnib.

Nəticədə Ukraynanın bir çox şəhərləri işıqsız qalıb. Paytaxt Kiyevin isə 80%-i işıqsız və susuz qalıb.

Leyla Mirzə

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »