Bakıda 2 yaşlı uşaq bıçaqlanıb. Hadisə paytaxtın Səbail rayonu ərazisində baş varib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizimyol.info-ya bildirilib ki, cinayət noyabrın 23-də axşam saat 20.00 radələrində Y.Mürsəlov küçəsindəki evlərdən birində törədilib. Hadisəni törədən isə Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov olub. O, əvvəlcə 46 yaşlı qayınanasını bıçaqla vurub. Qadının aldığı xəsarətin yüngül olduğu bildirilir. Hadisə zamanı 2020-ci il təvəllüdlü öz oğluna da bıçaqla xəsarət yetirən 32 yaşlı Saqi Kərimov daha sonra özünü boğaz nahiyəsindən bıçaqlayıb.
Digər yaralılarla birlikdə Saqi Kərimovun özü də xəstəxanaya çatdırılıb. Lakin ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Aytən, Bizimyol.info