Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran rejimi xalqların haqlarını pozur.., yeraltı sərvətlərini qarət edir"
"İran rejimi xalqların haqlarını pozur.., yeraltı sərvətlərini qarət edir"

Artıq 2 aydan çoxdur ki, İran adlanan ölkədə kütləvi etirazlar davam etməkdədir. Bu vəziyyət getdikcə kəskinləşir. Noyabrın 15-dən başlayaraq, noyabrın 16, 17 və 18-i üç gün ardıcıl kütləvi etirazların davam etməsi və bazarların, dükanların bağlanması ilə bağlı çağırışlar edilmişdi. Ayın 16-da demək olar ki, bir çox şəhərlərdə, ən azı əlli iri şəhərdə, o cümlədən Təbrizdə, Ərdəbildə, Zənganda, Urmuda, Qazvində, Tehranda, Tirmanşah, Hurmuzqan və bir çox şəhərlərdə bazarlar bağlandı. Axşama doğru etirazlar kütləviləşdi, insanlar küçələrə axışdı və yenə də "Ölüm olsun Xomneyiyə, ölüm olsun diktatora", "Bu rejim getməlidir" şüarları, azadlıq şüarları, güney Azərbaycanda, Təbrizdə daha çox "Azadlıq, ədalət, milli hökümət" şüarları, ərəblərin yaşadığı Ələhvaz bölgəsində çox ciddi etirazlar getdi.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. O, qeyd edib ki, İranda dini mərkəzi yandırıblar. Çox şiddətli qarşıdurmalar olub. Ərəb bölgəsi hesab edilən İnza şəhərində polis gücləri insanları atəşə tutub. Bir neçə nəfər orada həyatını itirib.

Sadiq İsabəyli Sadiq İsabəyli

“O cümlədən Kiyan Pirfələk adlı 10 yaşlı uşaq həmin hadisə zaman həlak oldu. O valideynləri ilə birlikdə maşında olub. İki-üç tərəfdən onlara atəş açılıb, Kiyana 2 güllə dəyib. Həyatını elə oradaca itirib. Valideynləri onu xəstəxanaya apara bilməyib. Qonşular buz gətirib, yığıblar cəsədin ətrafına. Bu hadisə ürəkağrıdıcı hadisə idi. Dərhal yayılmışdı. Rejim insanların aqressivləşməsindən qorxduğu üçün bunu terror hadisəsi kimi qiymətləndirməyə çalışdı. Amma uşağın valideynlərinin açıqlaması bu idi ki, “bizə polis gücləri atəş açıb”. Hazırda rejim çox ciddi qəddarlıq göstərir. Zorla insanların yaşayış yerinə girir. İnsanları evlərində döyürlər. Bir çox videolar var ki, orada polisin yaşayış yerlərinə göz yaşardıcı qaz, güllə atması göstərilir. Elə bunun nəticəsində bir ev yanıb. Bu hadisələr zamanı həm də gördük ki, etirazçılar ki, küçələrə axışıb. Yolların ortasında maşın təkəri yandırırdılar. Qasım Süleymaniyə aid olan heykəllər və Xomneyinin şəkilləri yandırılır. Etirazçılar bu rejimə, bu hakimiyyətə nifrətini bu şəkildə çatdırmağa çalışır. Demək istəyirlər ki, biz artıq bu rejimin siyasətiylə, aqressiv davranışlarıyla, öz başnalığıyla barşmaq istəmirik.

Orada yaşayan millətlər öz nifrətlərini bu rejimə müxtəlif formada şüarlarla göstərməyə çalışırlar və bu rejimin ümümiyyətlə, var oluşunu istəmirlər, bu rejimin getməsini istəyirlər. İran adlanan ölkə çox millətli bir ölkədir. Burada insanlar fərdi ictimai azadlıqları üçün, soisal təminatlarının yaxşı olması üçün, gələcəkləri üçün bir sıra hüquq və azadlıqlarını gündəmə gətirirlər. Burada yaşayan millətlərin bu 109 il ərzində milli kimliklərinin inkar olunması onların milli-mədəni hüquqlarının tapdalanması, öz ana dillərində oxuya bilməmələri, onların iqtisadiyyatının və yeraltı sərvətlərin qarət olunması və təbii ki, həm siyasi, həm milli, həm mədəni sahədə olan ayrıseçkilik siyasəti və basqıcı siyasətə etiraz edirlər”,- deyən Sadiq İsabəyli bildirib ki, həm güney Azərbaycanın müxtəlif şəhərlərində, Təbriz başda olmaqda həm Zavidan şəhəri başda olmaqla, həm də ərəblərin yaşadığı bölgə Əl-Əhvaz şəhərində və onun ətrafındakı şəhərlərdə də milli etirazlar baş qaldırmaqdadır. Milli şüarlar verilir və təbii ki, bu məsələ gündəmi doldurur. Bu zaman keçdikcə, sürətlənəcək yəni getdikcədə bu istəklər, bu tələblər milli zəmində artırılacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »