Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda öldürülənlərin sayı sürətlə artır: Keçən həftə 40 etirazçı qətlə yetirilib
İranda öldürülənlərin sayı sürətlə artır: Keçən həftə 40 etirazçı qətlə yetirilib

İranda hakimiyyətin etirazlara münasibəti çox qorxulu mərhələyə qədəm qoyub. Rejim ağına-bizuna baxmadan etirazçıları öldürür. Təkcə son bir həftə ərzində 40 nəfər qətlə yetirilib. Ölənlərin ümumi sayı 400 nəfərə yaxınlaşır.

Bizimyol.info xəbər verir ki, İranda etirazlar Məhsa Əmininin öldürülməsindən sonra başlanmışdı. 22 yaşlı gənci hicabını düzgün geyinmədiyi üçün sentyabrın 13-də İranın qondarma “əxlaq polisi” həbs etmişdi. Bundan sonra minlərlə insan küçələrə çıxmışdı. İndi ölkənini böyük hissəsində adamlar hökumət qüvvələrinə tabesizlik nümayiş etdirirlər. Qadınların nəzərəçarpan hissəsi baş örtüyündən istifadə etməkdən boyun qaçırıb.

İndiyə qədər azı 40 uşaq öldürülüb. Keçən həftəsonu hökumət qüvvələri 16 yaşlı iki yeniyetməni qətl edib. İranın 31 vilayətindən 26-da ölənlər var. Rejim cəsədlərin əksərini ailələrə təhvil verməkdən boyun qaçırır. Bu isə gərginliyi bir az da artırır.

İranda həbs olunanların sayı da böyükdür. Bəzi mənbələr azı 15 min nəfərin saxlanıldığını iddia edir. Demək olar, hamıya böyük işgəncə verilir. Qadınların zorlanması faktları var.

Kürd əsilli Hana Qərb mətbuatına müsahibəsində dəhşətli məqamlardan söz açıb. Onun sözlərinə görə, hicabını yandırandan sonra polislər evinə gəlib və onu bölməyə aparıblar. Orada təcavüzə məruz qalıb. Hana bir sutka bölmədə qalandan sonra yaxınların köməyi ilə işgəncədən xilas olub. Urmiyalı gənc ilk imkandaca ölkəni tərk edib.

Hananın gözləri qarşısında bacısını müdafiə edən oğlanı dubinka ilə huşunu itirənə qədər döyüblər. Sonradan qardaşı döyülən qızın o biri otaqdan qışqırıq sələri gəlib. Hana əmindir ki, polislər qızı zorlayırmış.

Sosial mediada yayılan videolar çox ağır vəziyyətdən xəbər verir. Hökumət qüvvələri etirazçılara ardıcıl atəş açır. Ölənlərin sayının xeyli çox olduğu ehtimalı var. Bir çox etirazçı itkin kimi qeydə alınıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »