Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizimyol.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 828 nəfər müalicə olunaraq sağalıb, 9975 nəfər vəfat edib, aktiv xəstə sayı 279 nəfərdir.

Ölkədə son sutka ərzində 2329, hazırkı dövrədək isə 7 363 574 test aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »