Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan “U” dönüşü - Kremldən Ukrayna açıqlaması
Rusiyadan “U” dönüşü - Kremldən Ukrayna açıqlaması

Rusiyanın Xersondan çəkilməsi ilə yeni mərhələyə qədəm qoyan müharibə bütün sürətiylə davam edərkən, Kremldən “U” dönüşü olaraq xarakterizə edilən bir addım atılıb. Belə ki, Kremldən gələn yeni Ukrayna bəyanatı ilk növbədə dünya gündəminə düşüb.

Bizimyol.info xəbər verir ki, dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. Fevralın 24-ü səhər saat 06:00-da Rusiya prezidenti Putinin əmri ilə başlayan müharibə bütün sürəti ilə davam edərkən, Kremldən flaş açıqlamalar gəlib.

Rusiya Ukrayna hökumətinin dəyişdirilməsi də daxil olmaqla, “xüsusi hərbi əməliyyat” kimi xarakterizə etdiyi müharibənin məqsədlərini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” Ukraynada hökuməti dəyişmək məqsədi daşımır.

Putinin Ukraynaya təcavüzünün məqsədlərindən birinin Ukraynada rejim dəyişikliyi olub-olmadığı sualına Peskov “Xeyr, prezident bunu artıq qeyd edib” cavabını verib.

Qeyd edək ki, Kremlin bəyanatları Rusiyanın meydanda itki verməsindən sonra gəlib.

Xatırladaq ki, Zelenski Krımı Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra geri alacağına söz vermişdi.

Son həftələrdə Rusiya qüvvələrinin geri çəkilməsindən sonra Ukrayna qüvvələri şəhəri geri alıb.

Xersonun geri alınması işğal olunmuş digər şəhərlər üçün də ümid yeri olub.

Şəhərin alınmasının Zelenskinin göstərdiyi Krım yolunun açılmasına imkan verdiyi də bildirilir. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »