Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada quraqlıq problemi su klapanlarını sıxır - Su ehtiyatı 33 faizə qədər azaldı
İspaniyada quraqlıq problemi su klapanlarını sıxır - Su ehtiyatı 33 faizə qədər azaldı

İspaniyada son illərin ən böyük quraqlıq problemi suya qənaət tədbirlərini zəruri edib.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Əndəlus, Valensiya, Bask və Qalisiya muxtar administrasiyalarından sonra Kataloniya da payızda yağıntıların olmaması səbəbindən su istehlakı üçün tədbirlər görüb.

Məlumat üçün bildirək ki, bu, Kataloniyada 2007-ci ildən bəri ilk quraqlıqdır.

Su ehtiyatının 33 faizə qədər azaldığı bölgədə sudan istifadənin istirahət zonalarında 30 faiz, əkinçilikdə 25 faiz, heyvandarlıqda 10 faiz, sənayedə isə 5 faiz azalacağı bildirilib.

Barselona, Girona, Lleida və Tarragona şəhərlərində ümumilikdə 514 bələdiyyədə həyata keçiriləcək tədbirlər çərçivəsində ictimaiyyətdən bağların suvarılması, avtomobillərin yuyulması və hovuzun doldurulması kimi qeyri-vacib ehtiyaclar üçün su istehlak etməmələri xahiş edilib. Hakimiyyət böyük şəhərlərdə evlərdə içməli suyun təmin olunduğunu bildirsə də, kiçik qəsəbələrdə ciddi problemlər yaşanır

Digər tərəfdən isə sol koalisiya hökumətinin uzunmüddətli quraqlıq vəziyyətinə qarşı mart ayında aldığı maliyyə, hidroloji dəstək və qabaqlayıcı qərarlar kafi olmadı.

Onu da əlavə edək ki, quraqlıqdan ən çox təsirlənən sektorlar arasında olan kənd təsərrüfatı və heyvandarlıq, 2022-ci ildə ümumi itkilərinin 8 milyard avroya çatdığını və kənd təsərrüfatında məşğulluğun 14,5 faiz azaldığını iddia edir.

Qeyd edək ki, xüsusilə zeytun və meyvə istehsalçıları quraqlıqdan aşağı məhsul əldə etdiklərini və enerji qiymətlərindəki artımdan sonra zərərlə satdıqlarını iddia edirlər.

Leyla Mirzə

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »